TV-lərə yerləşən “bombalar” - Xoşqədəm və zaurların “zibil seli” nə vaxt dayandırılacaq?

13:41 9.03.2024 1 806
TV-lərə yerləşən “bombalar” - Xoşqədəm və zaurların “zibil seli” nə vaxt dayandırılacaq?

Sosial şəbəkələrin insanların informasiya təminatında, əyləncəsində rolu nə qədər artsa da, televiziya toplumun psixologiyasına təsir edən əsas silah olaraq qalır.

Həyatımızda televiziya elə bir faktora çevrilib ki, efirdə təqdim olunan süjet və ya veriliş, ekranda deyilən hər bir söz və cümlə analiz edilmədən reallıq kimi qəbul olunur.

Televiziya vasitəsilə təqdim olunan ən böyük yalan belə tamaşaçıda şübhə oyatmır. Ona görə də, bu gün telekanallarımızdakı durum, onların hansı məhsulu istehsal etməsi, cəmiyyətimizə nə verdiyi ciddi müzakirə olunmalıdır.

Əvvəlcə bir həqiqəti qeyd etməliyik ki, bu gün Azərbaycan telekanallarında istər texniki, istər məzmun baxımından xeyli irəliləyişlər var. Məsələn, AzTV-nın illərin daşlaşmış qəliblərindən, köhnə standart, stereotiplərdən necə xilas olduğu, həm vizual, həm də məzmunca necə yeniləndiyi gözümüzün önündə baş verib. Yaxud, İTV-nın gündəlik qarşılaşdığımız, cəmiyyəti narahat edən müxtəlif sosial problemlərin müzakirəsinə həsr olunan "Sabaha saxlamayaq" proqramı... Bəzi şou xarakterli proqramlarla bağlı da müsbət nümunələr gətirmək mümkündür. Dünyaca məşhur, 50-dən çox ölkədə yayımlanan və beynəlxalq lisenziyalı “Maska” şousunun Azərbaycan versiyası (İTV)... və s.


Təəssüf ki, barmaqla sayılası bu müsbət dəyişikliklər ölkədə televiziyaların imicini dəyişmir. Çəkilən əziyyyətlər, xərclənən pullar sanki boşuna gedir. Çünki vitrində ciddi verilişlər deyil, sosial problemləri şouya çevirən, insan həyatından tamaşa düzəldən proqramlar daha çox gözümüzü deşir. “Biz yüzlərlə işçiyə maaş vermək üçün maarifləndirici deyil, gəlir gətirən şou proqramlara üstünlük verməliyik” kimi absurd bəhanələr isə çıxış yolu deyil.

Sadaladığımız və sadalamadığımız nümunələr, qonşu Türkiyə və Rusiya telekanallarının təcrübəsi isə göstərir ki, düşük, bayağı, cəmiyyəti deqradasiyaya sürükləyən, onun dəyərlərini, ailə institunu zədələyən şou proqramları eyni janrda hazırlanan, maraqlı, səviyyəli şou proqramlarla əvəzləmək və reytinq qazanmaq mümkündür.

Bəs, bunun əvəzində bizə - 10 milyonluq auditoriyaya nə təqdim olunur? Bu sual məşhur Amerika kinorejissoru Vudi Allenin sözlərini yada salır: "Los Ancelesdə artıq zibilləri tullamırlar. Onları televiziya şoularında yenidən emal edirlər".

Doğrudan da bu gün Xoşqədəm Hidayətqızının, Elgiz Əkbərin, Zaur Bəxşəliyevin, Lalə Azərtaşın, Tolikin və başqalarının hazırladığı dedi-qodular, vulqar söhbətlərlə dolu, bayağı, şit hərəkətlərin, cəmiyyətə açıq hörmətsizlik ifadə edən ikrahdoğurucu davranış tərzinin bəzədiyi verilişləri izləyəndə Vudi Allenin sözlərini təsdiqləməmək olmur: Bu aparıcılar illərdir ki, xalq arasındakı məşhur ifadə ilə desək, "zibildən konfet düzəldib", Azərbaycan tamaşaçısına sırımaqla məşğuldur.


Ən dəhşətlisi isə odur ki, bu aparıcılar, onların çalışdıqları telekanal rəhbərləri evlərimizə axıtdıqları bu "zibil seli"nə görə utanıb-çəkinmədən bizləri - tamaşaçıları, bütövlükdə cəmiyyəti günahlandırırlar. Guya, cəmiyyət səviyyəsiz və zövqsüzmüş... Xoşqədəm, Zaur və Elgiz isə səviyyəli aparıcılar kimi bu cəmiyyətə onun istədiyini verir!

Əslində, nə baş verir: Adını çəkdiyim aparıcılar on illərdir ki, Azərbaycan cəmiyyətindəki ən neqativ hadisələri, ən pis nümunələri, "meşə çaqqalsız olmaz"dakı çaqqaları, yəni bütövlükdə xalqımız üçün xarakterik olmayan, istisnalıq təşkil edən fərdləri, tipləri, ailələri, onların bütün pis əməllərini, mənfi cəhətlərini efirdən nümayiş etdirirlər. Psixoloji problemli psixoloqları, hüquqa hayqırı olan hüquqşünasları, ziyasız ziyalıları... ekspert kimi təqdim edirlər, nümunə kimi göstərirlər, onların məsələlərə münasibətini aksioma kimi sırıyırlar. Təsəvvür edin, bu proses həftənin 5-6 günü, illərlə davam edir və ekranın bu üzündə - cəmiyyətdə, ailələrdə, yeniyetmələrdə, uşaqlarda, onların düşüncəsində hansı effekti doğurur?


Bəzən KİV-ləri, televiziyaları silahlarla müqayisə edirlər. Bu analogiyanı əsas götürüb müqayisəni davam etdirsək, deyə bilərik ki, Zaurun, Xoşqədəmin, Elgizin aramsız olaraq cəmiyyəti "atəşə tutduqları" silah zəhərli silahdır! O, dərhal öldürmür, ailələrin, fərdlərin, yeni nəsillərin mənəviyyatını, düşüncəsini zəhərləyir, onları, bütövlükdə cəmiyyəti şikəst edir, əxlaqsızlıqdan tutmuş boşanmalara, məişət zorakılıqlarından başlamış qətillərə qədər yeni-yeni sosial bəlalara, faciələrə gətirib çıxarır!..


Aydındır ki, tamaşaçı zövqünü və dünyagörüşünü zəhərləyən bu verilişlərə efir verən TV rəhbərlərinin məqsədi yüksək reytinq və pul qazanmaqdır. Amma bu nəyin hesabına başa gəlir? Cəmiyyətin sağlam düşüncə tərzi, mənəvi ovqatı, gənc nəslin psixologiyasının sarıslması, ümumən mənəvi idealların ucuzlaşması, məhv olması hesabına!

Bizim televiziyalar, onun ən reytinqli verilişləri insanları nəyə inandırmaq yarışına girişiblər? Elgiz, Zaur və Xoşqədəm gənc ailələrin, yeni nəslin şüuruna hansı informasiyaları ötürür, onları nəyə inandırır? Bu verilişlərin cəmiyyətə təqdim etdiyi "qəhrəmanlar" kimlərdir? Ata-anasını atan övladlar, ailəsini, uşaqlarını tərk edən valideynlər, zorla ərə verilən qızlar, həyat yoldaşına xəyanət edən kişilər və qadınlar, gəlinlərini döyən qayınanalar və s. Gənc bir ailə, hansısa yeniyetmə belə nümunlərin, bu cür efir siyasətinin, təbliğatın, telepressinqin qarşısında necə tab gətirsin, bütün bunların təsirinin altına necə düşməsin?


Media, sosial şəbəkələr, ziyalılar, universitet auditoriyaları və s. cəmiyyətin indikatorlarıdır. Bütün bunların Xoşqədəm, Zaur və Elgizlərə münasibəti, onların cəmiyyətimizə sarsıdıcı zərbə vurduğu haqqında rəy və qənaətləri ortadadır. İllərdir hamı narazıdır. Amma bu rəy və qənaətlərin səsləndirilməsi Don Kixotluqdan başqa bir şey deyil. Çünki adını çəkdiyim aparıcıların "qaydasız döyüşləri" davam edir: tez-tez bu proqramlarda şəxsi həyatın toxunulmazlığı, telejurnalistikanın prinsipləri, peşə etikası qaydaları pozulur, mənəviyyatsızlıq təbliğ edilir.


Amma bu nə qədər davam edəcək? Axı bu "zibil seli" həm də TV rəhbərlərinin, bu sahədə müəyyən parlaq layihələr həyata keçirənlərin əməyinə axır... Bu, axı onların öz imicinə, ən çox önəm verdikləri bizneslərinə də zərbədir. Bu verilişlər əslində televiziyaların içərisinə yerləşdirilən bombadır, qısa müddətdə zərərsizləşdirilməsə, mütləq partlayacaq. İndiyə kimi cəmiyyətə mənəvi zərbələr endirən bu bombaların fiziki zərbəsi ilk növbədə TV-lərə rəhbərlik etmiş şəxslərə dəyəcək. Odur ki, nə qədər gec deyil, vitrininizdən zibilləri yığışdırın. Yığışdırın ki, həyətinizdəki gül-çiçəklər görünsün. Mahiyyətiniz aydınlaşsın, işıqlı, istedadlı adamların sağlam düşüncələri cəmiyyətimizə işıq saçsın!(Bakupost.az)







Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:40

“Hürriyyət”in kollektivi Prezidentə müraciət edib

18:23

Pullu hərbi xidmət modeli cəmiyyətdə narazılıq yarada bilər

15:59

Əli Kərimlinin evində axtarış aparılıb

12:04

Bu şəxslərə də hərbi xidmətə çağırışdan möhlət hüququ verilir

11:56

Putinin güzəştə gedəcəyi gözlənilmir

11:46

Erməni qızı: Biz əslində türkük, dilimiz də... - VİDEO

21:42

Ən həssas hissələr Tramp və Zelenski arasında müzakirə ediləcək

19:15

Türklər əvvəlcə Şərqə, sonra yenidən Qərbə köçlər edib... - Tarixin izləri

18:29

Prezident ərzaq təminatı və iqtisadi zona yaradılması ilə bağlı fərmanlar imzalayıb

16:11

Kürdəmirdə daha bir canavar hücumu - Bu dəfə 13... - (FOTO)

13:11

Suyu azalan Xəzər dənizi 2-yə bölünə bilər - AÇIQLAMA

12:51

“Napoli” – “Qarabağ” oyununun təxirə salınma ehtimalı var?..

19:55

Manisada Azərbaycan və Türkiyə Mədəniyyəti Gecəsi keçirilib

19:36

Hikmət Hacıyev Ermənistan nümayəndələrini qəbul edib

18:32

Göyçaydakı şəhid məzarının fotosuna Türkiyə səfiri dərhal reaksiya verdi - FOTO

09:09

Zelenski razılaşmasa, Tramp köməyi dayandıracaq

09:10

İsmayıllı – Şirvanın dilbər guşəsindən yaradıcılıq zirvəsinə

16:16

Dost-qardaşın yanında olmasan, Türkiyəni böyüdə bilməzsən!..

11:52

Zəngəzur dəhlizinin statusu hansı formatda olacaq? - AÇIQLAMA

10:36

Rusiya dinc durmur - Türkiyə gəmisi, Polşada dəmir yolu...

12:12

C-130 təyyarəsi niyə 3 yerə bölünüb? - YENİ DETALLAR

12:05

Saka Dövləti - Türkün danılmaz izləri

11:40

42 nəfər hacc yolunda öldü

11:25

MN xəbərdarlıq etdi: Təşvişə düşməyin!

12:52

Paşinyan Əliyevlə "Tramp yolu"nu müzakirə edib

12:40

Yararsız gənci əsgərliyə göndərdilər – Həkimlər cəzalandı

18:53

“Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti

19:57

Ərdoğandan 18 Oktyabr təbriki

10:34

Pezeşkianın velosiped sürüşü gündəm oldu - FOTOLAR

12:52

İki prorektor işdən çıxarıldı

12:47

Azərbaycan Prezidenti TDT-nin Baş katibini qəbul edib

08:46

İmanov qardaşları həm də vəhhabi imiş - Sensasiya

14:43

TƏBİB və Səhiyyə Nazirliyi birləşdiriləcək?

19:31

Oktyabrın havası: isti, yağış...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO