“Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxması Azərbaycan prezidentinin xarici siyasətinin uğurlu nəticəsidir”.
Bu fikri açıqlamasında politoloq Cümşüd Nuriyev səsləndirib.
O, ABŞ-ın Azərbaycanın bu uğuruna kölgə salmağa çalışdığını bildirib:
“Çıxış uğurlu addım olsa da, ABŞ Dövlət Departamentinin sözçüsü çıxışında bu məsələyə toxundu. Sanki sətraltı demək istəyirdi ki, rus kontingenti Qarabağdan niyə çıxdı”.Politoloqun sözlərinə görə, Rusiya bölgədə İranın siyasi hegemonluğunu istəmir:
“Rusiyanın bölgədə Türkiyəyə olan münasibəti də bir yenilikdir. Çünki Rusiya İsraillə olan hadisələrdən sonra Fransa və ABŞ-ın İranla pərdəarxası oyununu da gördü. Rusiya birmənalı şəkildə bölgədə İranın siyasi hakimiyyətinin olmasını istəmir. Mən demirəm ki, Rusiya sülh məramlıdır, Azərbaycana bir şeylər verdi. Amma, ən azı, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi layihələrə maneçilik törətmədi”.Becan.az