Abşeron məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib.
Xəbərə görə, aprelin 7-də Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə (IX illik) keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən, Abşeron rayon Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Həsənli Aydın Çingiz oğlu 300 bal toplayıb.
Qeyd olunur ki, 29 nəfər 200 baldan yuxarı nəticə əldə edib.
Becan.az