"Dünyanın Qəzza və Ukraynaya başı qarışdığı bir vaxtda ABŞ sərhədimizdə “Kiçik İsrail”in təməlini qoyur".Xəbər verilir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzetinin yazarı Abdulqadir Selvi yazıb.
“PKK iyunun 11-də Afrin və Tel Rıfat da daxil olmaqla, Menbiçdən başlayaraq sərhədlərimizdə başa çatan bölgədə yerli seçkilər keçirəcək. PKK-nın nəzarətində keçiriləcək seçkidə PKK-nın yaratdığı “seçki qurumunun” təsdiqlədiyi adlar namizəd ola bilər. Seçkidə yalnız PKK-nın silahlı birləşmələrində xidmət edən terrorçular səs verə biləcək”, - deyə, yazar bildirib.
Onun sözlərinə görə, PKK-nın himayədarı olan ABŞ-ın Yaxın Şərq üzrə mütəxəssisi Brett Makqrek iki mərhələli plan hazırlayıb:
“Bu planın birinci mərhələsində PKK üçün muxtar qurum yaradacaqlar. İkinci mərhələdə PKK dövləti qurulacaq. İlk addımda Suriyanı parçalayacaqlar. İkinci addımda növbə Türkiyəyə çatacaq”.Becan.az