Keçmiş məmurların 500 minlik söyüş əməliyyatı - Xaricdəki blogerlər ifşa olundu, alman polisi işə qarışdı

19:03 30.05.2024 1 302
Keçmiş məmurların 500 minlik söyüş əməliyyatı - Xaricdəki blogerlər ifşa olundu, alman polisi işə qarışdı

Müxalifətçilik siyasi sistemin təbii və ayrılmaz elementidir. Bu, bütün müasir və demokratik cəmiyyətlərdə belədir. Müxalifətdə dayanan partiya və şəxslər hakimiyyətin siyasətini izləyir, onun çatışmayan cəhətlərini tənqid edir, hansısa addımlarına müqavimət göstərir, ölkə və xalq üçün xüsusi əhəmiyyət daşıyan məsələlər, qərarlarla bağlı mövqeyini, baxışlarını və alternativlərini təqdim edir. Ən önəmlisi isə odur ki, bütün bu fəaliyyətlər hər bir ölkənin daxili qanunvericiliyi, hüquq sistemi, siyasi etika və mədəniyyət çərçivəsində aparılır.

Azərbaycana gəlincə, təəssüf ki, müxalifətçilik anlayışı öz klassik və həqiqi mənasından fərqlənir. Əlbəttə, bunu müxalifət düşərgəsində təmsil olunan bütün qüvvələr aid etmək olmaz. Amma bu düşərgədə elə siyasətçilər və partiyalar var ki, nəinki hakimiyyətin, bütövlükdə ölkənin müxtəlif sahələrdəki uğurlarını inkar edir, onlara kölgə salmağa çalışır, hətta ərazilərimizin işğaldan azad edilməsi, suverenliyimizin bərpası kimi taleyüklü məsələlərdə əldə olunan qələbələri etiraf etmir, həqiqətdən uzaq və olduqca qərəzli mövqe sərgiləyirlər.

Amma yalnız qərəzli olsaydılar, dərd yarı idi. Özünü müxalifətçi, müxalifyönlü jurnalist və ya bloger adlandıran xeyli insanlar var ki, onlar nəinki qərəzlidir və siyasi mübarizənin prinsiplərinə məhəl qoymur, ümumiyyətlə, heç bir qayda-qanun tanımırlar. Belələri xüsusən də vaxtilə Azərbaycandan ABŞ və Avropaya mühacirət edən şəxslər arasında üstünlük təşkil edir. Bu insanlarla bağlı xeyli vaxtdır heç bir ölkənin siyasi leksikonunda mövcud olmayan bir "termin" formalaşıb: Söyüş müxalifəti! Nə qədər qəribə səslənsə də, bu, günümüzün acı reallığıdır. Özlərini "yorulmaz mübarizlər" kimi qələmə verən bu adamların alnına mübarizə və döyüş yox, söyüş yazılıb. İşləri-peşələri şər-böhtan atmaq, şəxsi həyata müdaxilə və söyüş söyməkdən ibarətdir. Onlar ölkədən kilometrlərlə uzaqda yaşasalar da, sosial şəbəkələr - Yutub, Feysbuk, TikTok və s. vasitəsilə evlərimizə daxil olur, üfunət axıdırlar.

Son günlər sözügedən düşərgənin bir sıra üzvləri daha da fəallaşıblar. Bu da təsadüfi deyil. Çünki onların Azərbaycandakı bir sıra yüksək vəzifəli keçmiş məmurlarla əlaqələri olduğu, onların sifarişlərini yerinə yetirdikləri və bunun müqabilində külli miqdarda maliyyə vəsaiti aldıqları ortaya çıxıb. Məhz, bu səbəbdən necə deyərlər, "kürklərinə birə düşüb".

Bu söyüşçül müxalifətçi, jurnalist və ya blogerlər kimlərdir? Onlar hansı eks-məmurların sifarişlərini yerinə yetiriblər?


Gəlin tələsməyək və əvvəlcə xaricdə yaşayan “söyüş blogeri” Tural Sadıqlının öz Feysbuk hesabında yazdığı "konstruktivlik" dolu bir statusa diqqət yetirək. O, bir neçə gün əvvəl yazdığı həmin statusda bildirib ki, bəzən xarici mediadan müsahibə və ya açıqlama almaq üçün ona müraciət edirlər:

"Dəqiq desəm, son il yarımda, yəni 2023-cü il və 2024-cü ilin ilk yarısında alman mediasından 3, fransız mediasından 1 və daha 2 başqa mediadan mənə müraciət olub. Lakin onlara açıqlama verməkdən imtina etmişəm. Yalnız bir dəfə ancaq öz təhlükəsizliyimlə bağlı suala açıqlama vermişəm, dərc edilib. Dəfələrlə xaricilərin təşkil etdiyi tədbirə dəvət almışam, oralarda çıxış etmək imkanım olub, lakin getməmişəm. Mən kimlərinsə hansısa öz maraqları üçün niyyətlərində yer almaq istəməmişəm. Əliyev idarəçiliyi Azərbaycan xalqının öz problemidir. Onu özümüz həll etməliyik. Şəxsən mən utanıram, bir əcnəbiyə Əliyev haqqında şikayətlənim. Mənim xaricdə belə etirazım varsa, düşünürəm ki, bu etirazı öz dilimizdə, öz hakimiyyət nümayəndəmizə etməliyəm və edirəm. Baxmayaraq ki, alman, ingilis, rus, ərəb dillərində danışıram və bunu etməyə imkanlarım da var. Əvvəllər bunu etmişəm. Lakin düşünürəm ki, səhv etmişəm".

Bu statusu oxuyan istənilən şəxsdə istər-istəməz belə bir sual yaranır: Daim xarici mediada Azərbaycan və ölkə başçısı əleyhinə həqiqətə uyğun olmayan fikirlər, şər-böhtan səsləndirən, sosial şəbəkə hesablarında söyüş püskürən bu zat necə oldu ki, birdən-birə "ağıllandı"? Bu, "konstruktivliy"in arxasında nə dayanır?

Bu suallara cavab vermək üçün baş sındırmağa ehtiyac yoxdur. Çünki bu cavab Tural Sadıqlı kimi xaricdə məskunlaşan başqa bir "siyasi blogerin" - Surxan Lətifov adlı şəxsin Feysbuk statusunda var. O yazıb ki, Almaniya prokurorluğu konkret faktlar əsasında bu ölkədə olan azərbaycanlı blogerlərə qarşı araşdırmaya başlayıb:

“Məsələ bundadır ki, həmin blogerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pul vermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib. İndi prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı blogerin adı hallanır”.

Sonra isə dövrəyə üçünçü siyasi bloger Əfqan Muxtarlı qoşulur və "mühacirlərin" biri-birini ifşası prosesi daha da genişlənir.

Əfqan Muxtarlı da yazır ki, Azərbaycan hakimiyyəti Avropda olan bəzi blogerlərin şantaj yolu ilə məmurlardan pul aldıqları barədə sübutları Almaniya və digər ölkələrin prokurorluqlarına təqdim edib.

“Hətta, deyilənə görə, bir bloger şantaj yolu ilə 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm. Bax, şantaj etmək yalnız səhv deyil, həm də cinayətdir. Xüsüsən Avropada bunu bağışlamırlar".

Beləliklə, "söyüş müxalifəti"nin parlaq nümayəndəsi olan Tural Sadıqlının hakimiyyəti tənqid etməklə bağlı mövqeyinin birdən-birə 180 dərəcə dəyişməsinin səbəbi bəlli olur. Görünür, o, Almaniya polisinin apardığı araşdırmadan məlumatlı olub. Başa düşüb ki, ifşa olunacaq və Azərbacyana deportasiya ediləcək. Bu qorxu onu səhvlərini etiraf etməyə, "etirazı öz dilimizdə, öz hakimiyyət nümayəndəmizə etməliyəm" deməyə məcbur edib.

Məsələdə diqqət çəkən digər vacib məqam isə vaxtilə Azərbaycanda yüksək vəzifə tutan bəzi məmurların xaricdəki "söyüş müxalifəti" ilə əlaqələri, onlara müəyyən siyasi sifariş, bunun qarşılığında isə külli miqdarda pul vermələridir. Bunu artıq, xaricdəki bloger-müxalifətçilər də gizlətmir. Əfqan Muxtarlının sosial şəbəkədə yazdıqları bunun sübutudur:

“Sual verirəm, sən, Tural Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur? Nə danışırsız? Müxalifətçi, özü də Əliyevi sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində?”.


Əlbəttə, bu məmurun kimliyi hələlik bəlli deyil. Bir neçə il əvvəl məmurların "söyüş müxalifəti" ilə əməkdaşlığı, onlara informasiya və pul ötürmələri barədə xəbərlər gündəmə gələndə, daha çox Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, sabiq baş prokuror Eldar Həsənov və ləğv olunan MTN-in rəhbəri Eldar Mahmudovun adları hallanırdı. İndiki halda blogerlərə xəbər və pul ötürən məmur adları çəkilənlərədn biri və ya başqa bir məmurdur, yəqin ki, bu da gec-tez bəlli olacaq.


Önəmli olan isə sözdə hakimiyyəti, əslində isə ölkəni, dövləti xalqı hədəfə alan, şər-böhtan atan, işi-peşəsi yalan danışmaq və söyüş söymək olan blogerlər bir-birini ifşa etməyə başlayıblar. Görünən odur ki, ortaya çox ilginc faktlar çıxacaq. O zaman azsaylı tərəfdarları da bu blogerlərin həqiqi simasına bələd olacaqlar, söyüş müxalifəti səhnədən sürüşəcək...




Zaur,
BakuPost
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:12

Ukrayna Prezidenti bəzi məşhurları fəxri adlarından məhrum etdi

11:48

Müharibə veteranlarının təqaüdləri artırılacaqmı? - AÇIQLAMA

16:56

Kərə yağının aybaay bahalaşmasının səbəbləri - Araşdırma

16:48

Silahlar Ermənistana açıq daşınır: məxfilik yoxdur - Manukyan

16:29

Çakraborti müsəlmanları təhqirə görə üzr tələbini rədd etdi

16:22

İlham Əliyev avropalılara: "Əgər biz cəngəllikik, bizdən uzaq durun"

16:06

Azərbaycanda özəl olaraq yük aeroportu tikilir

11:18

Azərbaycan paytaxtında yüksək ümidlər və böyük gözləntilərlə COP29 başladı

15:41

Azərbaycan Xalqı Türkiyə Prezidentindən təbrik aldı

12:29

Bayraq Meydanında üçrəngli Azərbaycan bayrağı yenidən qaldırılıb

12:23

İnternet üzərindən narkotik maddə satan 150 nəfər saxlanılıb

12:02

Azad olunmuş ərazilərə 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq

11:57

Pakistanda dəhşətli partlayış: 24 ölü, 30 yaralı

11:52

Türkiyə XİN Azərbaycanın Bayraq Günü ilə bağlı paylaşım edib

11:47

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

11:40

Yol polisi sürücülərə müraciət etdi

18:20

Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

18:15

Trampın seçilməsinə İrandan ilk reaksiya

18:11

Azərbaycan Prezidenti ABŞ-ın yeni prezidentini təbrik edib

18:06

Gənc jurnalist vəfat edib

11:11

Ermənilər üçün göz yaşı tökən Pelosi yenidən seçilir

11:05

Ərdoğanla Əliyevin görüşü olub

11:44

Çakraborti müsəlmanları doğramaqla hədələdi...

11:33

Rusiyada həbs edilən generalla bağlı yeni detallar - VİDEO

11:26

General işdən azad olundu, yerinə polkovnik gətirildi

10:57

DYP-dən sürücülərə müraciət

10:50

Ağsuda yeznəsini qayçı ilə vuran şəxs saxlanılıb

10:43

Yeni telekanal fəaliyyətə başlayır

10:34

İlham Əliyev və xanımı Bakı Olimpiya Stadionunda şəraitlə tanış olub

10:30

Ermənilər “ən güclü silah”ını itirir

21:46

M.Ə.Rəsulzadənin "Panturanizm haqqında" kitabı yayınlanıb

16:56

Narkotika istifadəçisi olan avtobus sürücüsü həbs edildi

15:59

Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?

13:06

Zaqatalada iki nəfər dəm qazından zəhərləndi

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO