Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Çıraqov Elman Almaz oğlunun qalıqları ailəsinə təhvil verilib.APA xəbər verir ki, şəhid Elman Çıraqovla Şirvan şəhərində vida mərasimi keçirilib.
Daha sonra şəhidin qalıqları Şirvan Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində Şirvan şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştrak edib.
Çıraqov Elman Almaz oğlu 1992-ci ilin sentyabrında Ağdərədə gedən döyüşlərdə şəhid olub.
Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.