Sertifikatlaşdırma imtahanından keçə bilməyən müəllimlər haqqında Təhsil Nazirliyinin informasiya bazasında məlumat toplanır və bu, gələcək addımlar üçün vacibdir.Bu fikri açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.
“Imtahan şərtlərini uğursuz verən müəllimlərin nazirlikdə məlumat bazası formalaşır. Onların təhsil aldıqları kollec və universitetlər haqqında da istər-istəməz mənfi fikir yaranır və bu təhsil müəssisələri ilə bağlı ciddi tədbir görmək lazımdır. Bəzilərində artıq başlanılıb da. Müəyyən universitetlərdən pedaqoji kadr hazırlığı ixtisası ləğv olunacaq”, - deyə, o, qeyd edib.
Becan.az