Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əliyev İmaməddin Əliağa oğlunun meyitinin qalıqları Ağdaş rayonuna gətirilib. O, Birinci Fəxri xiyabanda naməlum şəhid kimi dəfn olunmuşdu.
Xəbər verilir ki, şəhidin nəşi bu gün rayonun Pirəzə kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında, atasının məzarı yanında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı yaylım atəşi açılıb.
Qeyd edək ki, Əliyev İmaməddin Əliağa oğlu 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
Becan.az