Ermənistan ilk dəfə olaraq Səudiyyə Ərəbistanına səfir təyin edib.Xəbər verilir ki, bununla bağlı Ermənistan prezidentinin ofisi məlumat yayıb.
Bildirilib ki, Ermənistanın BƏƏ-dəki hazırkı səfiri Karen Qriqoryan ölkəni Səudiyyə Ərəbistanında da təmsil edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Qarabağda erməni işğalına görə Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan ordusu Qarabağı işğaldan azad etdikdən sonra ötən ilin noyabr ayında Səudiyyə Ərəbistanı və Ermənistan arasında diplomatik əlaqələrin yaranması ilə bağlı sənəd imzalanıb.
Becan.az