Ermənistanın Baş naziri Nikol Paşinyan İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək məqəsdilə Tehrana səfər edib.Xəbər verilir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, Paşinyan bu gün səhər saatlarında Tehranın Mehrabad hava limanına enib. Onu İran XİN-in nümayəndələri qarşılayıb.
Qeyd edək ki, Pezeşkianın andiçmə mərasimi bu gün yerli vaxtla saat 16:00-da başlayacaq.
Becan.az