Türkiyə-Ermənistan sərhədinin açılması sülh sazişindən sonra mümkündür - ŞƏRH

14:06 30.07.2024 1 057
Türkiyə-Ermənistan sərhədinin açılması sülh sazişindən sonra mümkündür - ŞƏRH

Türkiyə və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr 2 ildən sonra yenidən bir araya gəlib. Onlar bu dəfə üçüncü ölkələrdə deyil, iki ölkənin sərhədində görüşüb.

Tərəflər arasında sonuncu görüş 2022-ci ildə Vyanada keçirilib. Görüş zamanı Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına dair razılıq əldə olunub. Ancaq hələlik bu razılaşma yerinə yetirilməyib.

Budəfəki görüş günün birinci yarısında Ermənistan, günortadan sonra isə Türkiyə tərəfində keçiriləcək.

Görüşlə bağlı Modern.az-a danışan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasında Ankaranın əsas şərti Azərbaycanla sülh müqaviləsinin bağlanmasıdır:

“İki ölkə arasında sərhədlərin açılması hələ ki, real görünmür. Azərbaycan tərəfi Ermənistandan konstitusiyanın dəyişdirilməsini tələb edir. Bunu əslində Ermənistanın Baş naziri Nikol Paşinyan da qəbul edir. Amma diaspor və daxili qüvvələr Nikol Paşinyanı bu mövzuda sıxışdırmağa çalışır. Görünən odur ki, Paşinyan da Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir. Bunun Ermənistan və Azərbaycan sülh müqaviləsindən keçdiyini çox yaxşı bilir.

Ermənistan konstitusiyasında Azərbaycan və Tükiyəyə qarşı torpaq iddiaları var. Bu dəyişdirilməlidir. Bunlar olmazsa, normallaşma prosesi ola bilməz. Türkiyə hər an sərhədlərin açılmasına hazırdır. Amma dediyimiz kimi, bu, Ermənistan və Azərbaycan arasında münasibətlər normallaşandan sonra baş verə bilər. Türkiyənin hazırda sərhədləri açmaq kimi niyyəti yoxdur. Cənab Ərdoğanın da dediyi kimi, Azərbaycan məsələsi tam həll olunmazsa, irəliləyiş əldə oluna bilməz. Bu məqamda Ermənistanın Türkiyə kimi ölkəyə ehtiyacı var. Ona görə də Azərbaycan və Türkiyə ilə münasibətləri ciddi şəkildə düzəltməlidir”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}