Bakı marketlərində çəkilişə icazə verilmir... Bəs qanun nə deyir?

12:07 4.09.2024 1 848
"Hökumət əsasən biznesi, onun inkişafını himayə edir, istehlakçı siyasəti isə bərbad vəziyyətdədir"


Bakı marketlərində çəkilişə icazə verilmir... Bəs qanun nə deyir?

Qardaş Türkiyədə, hətta İranda belə bu cür qadağalar mövcud deyil...

Bakı şəhərinin böyük marketlərinin bəzisində foto və videoçəkilişlərin qadağan edildiyini özündə ehtiva edən lövhələr vurulub. Əslində ölkədə çəkilişin qadağan edildiyi kifayət qədər obyektlər var. Bu bəzi hallarda haqlı, bəzi hallarda isə haqsız qadağa sayıla bilər. Məsələn, ölkənin dövlət sirri ilə bağlı olan obyektlərində çəkilişin aparılmasına qoyulan qadağa haqlı qadağadır və ölkənin qanunları ilə tənzimlənir.

Mövzuya diqqət edən Bakı-xeber.com yazır ki, böyük ticarət şəbəkələri cəmiyyətə qüsursuz xidmət edirsə, onun gizlədiləcək bir qüsuru yoxdursa, nəyə görə onlar obyektlərində foto-videoçəkilişlər aparılmasından narahat olmalıdır?..

“İri ticarət obyektləri çəkilişlərə qadağa qoyurlarsa, deməli, onların gizlətmək istədiyi, ictimailəşməsindən qorxduqları xoşagəlməz məqamlar var. Çox güman ki, böyük ticarət mərkəzləri məhz həmin xoşagəlməz məqamların ictimailəşməsindən ehtiyat edirlər. Onu da qeyd edək ki, sivil dünya ölkələrinin heç birində, o cümlədən də qardaş Türkiyədə, hətta qonşu Rusiyada, Qazaxıstanda, Gürcüstanda və İranda belə bu cür qadağalar mövcud deyil”, - deyə yazıda bildirilir.

Vətəndaşa mütəmadi xidmət edən marketdə çəkiliş nə üçün qadağan olunmalıdır?


Mövzu ilə bağlı Azad İsteklakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a danışıb:

“Marketlər dövlətin bir çox qanunlarının, o cümlədən istehlakçı hüquqlarının ən çox pozulduğu yerlədən biridir. Marketin qapısından içəri girən istehlakçıya ya potensial oğru kimi baxır, onun çantasını yoxlayır, ya da çantasını alıb saxlayırlar və bu zaman çanta ilə bağlı da bir cavabdehlik daşımırlar.

Marketlərdə baş verən məsələlərlə bağlı həmişə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumatlar veririk. Lakin onların cavabı bu olur ki, marketlər biznes qurumudur, özləri bilərlər istehlakçı ilə necə davranırlar. Yəni, marketlər üçün heç bir qaydalar yoxdur. Ümumiyyətlə, Türkiyə, Rusiyadan fərqli olaraq, Azərbaycan marketlərində bu cür məsələlərlə bağlı qaydalar yoxdur. Ona görə də market sahibləri istədikləri tərzdə istehlakçıların hüquqlarını pozurlar.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir ki, əgər sizi aldadırlarsa, marketlərə keçin, məhsulların keyfiyyəti, qiyməti ilə bağlı şəkil çəkin, bizə göndərin, biz də gedib orada araşdırma aparaq. Əgər market sahibi çəkilişə icazə vermirsə, onda istehlakçı marketin zalında baş verən qanunların, istehlakçı hüquqlarının pozulmasına dair informasiyanı quruma necə çatdırsın?..

Bütün bu anormal vəziyyətin kökündə hökumətin birtərəfli siyasəti dayanır. Yəni, hökumət əsasən biznesi, onun inkişafını himayə edir, istehlakçı siyasəti isə bərbad vəziyyətdədir.

Ötən həftə ölkə rəhbərinin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında agentliyə çevrildi. Gözləyirik ki, bundan sonra hansısa dəyişiklik olar. Əgər agentlik normal işləsə, ölkədə istehlakçı siyasəti formalaşar və bu cür anormal hallar, o cümlədən istehlakçıların hüquqlarının məhdudlaşdırılması aradan qalxar.

Bir məsələni də qeyd etmək istərdim, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun 1995-ci ildə qəbul edilib. Ondan sonra qəbul edilən qərarlar adətən istehlakçının ziyanına olub. Ümumiyyətlə, bu qanun çoxdan köhnəlib, yenilənməsinə böyük ehtiyac var".



Hüquqşünas Əsabəli Mustafayev də açıqlamasında bildirib ki, marketlərdə cansız əşyaların, qida məhsullarının şəklini və yaxud videosunu çəkmək qanunla qadağan deyil:

“Əgər marketdə yalnız məhsullar, cansız əşyalar çəkilərsə, burada qadağa yoxdur. Yəni, qanunvericiliyə əsasən, cansız predmetlərin çəkilməsi qadağan deyil və bunun üçün icazə almaq da tələb olunmur. Əgər market sahibi bunu şifahi şəkildə qadağan edirsə, görünür ki, nədənsə çəkinir. Məsələn, ərzağın keyfiyyətindən və yaxud xidmətin səviyyəsindən, məkanda gigiyenik qaydalara yetərincə əməl olunmasından arxayın olmadıqda, bu zaman şifahi şəkildə qadağan edir. Həmçinin qanunda nə mülkiyyətçi, nə də şəkil çəkən üçün hansısa məsuliyyət nəzərdə tutulmayıb".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}