Bu gün İran Prezidenti Məsud Pezeşkian ayrı-ayrılıqda Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyana məktub göndərərək, Ermənistanın müstəqilliyinin ildönümü və respublika günü münasibətilə təbriklərini çatdırıb.İSNA-ya istinadən xəbər verilir ki, məktubda Məsud Pezeşkian erməni həmkarına iki dost və qonşu ölkə arasında əlaqələrin qarşıdakı dövrdə daha da dərinləşəcəyinə əminliyini vurğulayıb.
İran prezidenti Nikol Paşinyana məktubunda yazıb:
“İran Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub və o gündən bəri iki ölkə bir-biri ilə mehriban qonşudur. Uğurlu haldır ki, iki ölkə arasında münasibətlər çoxşaxəli, hərtərəfli, güclü və sabitdir və gündən-günə inkişaf edir”.Becan.az