Təhsil sahəsində ən böyük risk... - Professor Telman Cəfərovun yazısı

11:57 8.10.2024 1 092
Təhsil sahəsində ən böyük risk... - Professor Telman Cəfərovun yazısı

"İndi təhsilimizdə müsbət, eləcə də asan anlaşılmayan dəyişikliklərin şahidiyik. Son dövrlərdə ölkədə və beynəlxalq aləmdə baş verən digər mühüm hadisələr fonunda cəmiyyətin bu dəyişikliklərə reaksiyası arxa plana keçib. Müsbət haldır ki, təhsil idarəçiləri təhsilin menecmenti, məzmunu və inkişaf tendensiyalarının qavranılması ilə bağlı ən müxtəlif intensiv təlimlərə cəlb olunduqlarından müzakirələr üçün şərait var".

Bakupost.az xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Telman Cəfərov bildirib.

Onun sözlərinə görə, indiki şəraitdə ən çox müzakirə edilən məsələlərdən biri təhsildə risklər problemidir. T.Cəfərov hesab edir ki, ən böyük risk dövlət təhsil müəssisələri sistemində şəxsi təşəbbüslərin, özünümaliyyələşmə prinsipləri ilə təşkil olunan fəaliyyətlərin, geniş mənada şəxsi nümunələrin itirilməsi prosesinin kulminasiya həddinə çatması riskidir:

"Hazırki şəraitdə bu risk:

1) ölkənin sosial-iqtisadi inkişafı, yeni sənaye inqilabı dövründə universitetlərin sərbəst iqtisadi münasibətlər kompleksinə çevrilməsi prinsipinlərinə uyğun gəlmir;

2) ali və orta məktəblərin publik şəxsə çevrilməsi ideyası və layihəsinə ziddir;

3) təhsil müəssisələrini əlavə maliyyə, sosial təminat imkanlarından məhrum edir;

4) istedadlı və bacarıqlı mütəxəssisləri digər sahələrə, ən pis halda isə xaricə istiqamətləndirir;

5) əlində real maddi-texniki baza, kadr potensialı olan təhsil müəssisələrini fəaliyyətsizliyə və durğunluğa, hətta imkan yarandığı halda belə, fəaliyyətin bəhrəsinin təhsil müəssisəsinin özünə aid olmaması isə xəyal qırıqlığına, çarəsizliyə, ümidsizliyə, biganəliyə gətirir;

6) Ən əsası, süni intellektin at oynatdığı dövrdə təhsil fəaliyyəti ilə məşğul olan şəxslərin, elə təhsilalanların da düşüncə, təşəbbüs və fəaliyyət imkanları məhdudlaşır;

7) Təhsil müəssisələrinin idarə olunmasında vəzifə funksiyalarının, məsuliyyətin və cavabdehliyin bölüşdürülməsi istiqamətində formalaşan yeni münasibətlər ali və orta məktəblərdəki ənənəvi orqanları fəaliyyətsizliyə, halsızlığa sürükləməkdədir. Fəaliyyətin həcmindən asılı olmayaraq, bütün səlahiyyətlərin və məsuliyyətin 1-ci şəxslərin üzərinə daşınması tendensiyası arzuolunmaz həddə çatıb ki, bu da mövcud əsasnamələr və qanunvericilik aktları ilə bir araya gəlmir".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO