Bahar Muradovanın qaranlıq tender siyasəti

00:06 27.01.2023 1 921
Bahar Muradovanın qaranlıq tender siyasəti

Şübhəli şirkətlərlə müəmmalı müqavilələr, yaxud komitənin uşaqlara kofe “hədiyyəsi”

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin 2022-ci ildə keçirdiyi tenderlərdən bir neçəsi şübhəli məqamları ilə diqqət çəkir.
Söhbət xüsusilə, 2022-ci il ərzində qazandığı uğurlara görə istedadlı uşaqların mükafatlandırılması üzrə tədbirin və “İnsan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün nəzərdə tutulmuş Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası üzrə və 2022-ci ilin ikinci yarım illiyi üzrə komitənin öhdəliyində olan tədbirlərin təşkili işlərinin satın alınmasından gedir.

Birinci satınalama müsabiqəsinin qalibi olub “NT Texno” MMC olub. Şirkətlə bağlanan müqavilənin maliyyə dəyəri 30300 AZN təşkil edir. Müqavilənin şərtlərindən məlum olur ki, bu məbləğ1 günlük tədbir üçün məkanın icarəsinə (70 nəfərlik), uşaqlar üçün kofe fasiləsinə, 1 günlük zalın tərtibatına, “İstedadlı uşaqlar 2022” adlı 1.5 dəqiqəlik video-rolikə (1 ədəd), bannerə (1 ədəd), xüsusi dizayn olunmuş çantalara (70 ədəd) , xüsusi dizayn olunmuş qələmlərə (70 ədəd), bloknotlara (70 ədəd) və proyektor screen ekrana (1ədəd) sərf ediləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından məlum olur ki, “NT Texno” MMC 21 iyun 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Tahirov Nazim Əbdüləli oğludur.

Şirkət və onun qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. “NT Texno” MMC-nin əlaqə nömrəsinə və veb-səhifəsi də yoxdur.
Burada maraqlı ondan ibarətdir ki, şirkət yarandıqdan 4 ay sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi tenderin qalibi olub. Dövlət satınalmalarının vahid internet portalından məlum olur ki, komitə ilə şirkət arasında müqavilə oktyabr ayında bağlanıb. Şirkət isə iyun ayında qeydiyyata alınıb.

“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsində qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübəsin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması lazımdır. Dörd ayın şirkəti olan “NT Texno” MMC-nin bu şərtlərə cavab verdiyi inandırıcı görünmür. Hər halda adi veb-saytı olmayan bir şirkətin güclü maddi-texniki bazaya malik olduğuna inanmaq çətindir.

İndisə keçək komitənin keçirdiyi tədbirə. Bu tədbirin nə zaman, harada keçirildiyi barədə internet resurslarında, hətta komitənin öz saytında belə, məlumat tapmaq mümkün deyil. Fikrimizcə, komitə bu barədə açıqlama verməlidir.

Digər tərəfdən, mqavilədə tələb olunanlara 30 min pul xərclənməsi də inandırıcı deyil. Hər halda ekspertlərin fikrincə, belə bir tədbiri 10-15 min manata təşkil etmək mümkündür. Biz hələ uşaqlar üçün kofe fasiləsini demirik. Görəsən, uşaqlara kofe kimi orqanizm üçün ziyanı xeyrindən çox olan kofe içirtmək hansı zərurətdən yaranıb? Bu sualların cavabı açıq qalır və ümid edirik ki, komitə sədri Bahar Muradova sadaladığımız qaranlıq məqamlara aydınlıq gətirəcək.

“İnsan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün nəzərdə tutulmuş Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası üzrə və 2022-ci ilin ikinci yarım illiyi üzrə komitənin öhdəliyində olan tədbirlərin təşkili işlərinin satın alınması ilə bağlı müsabiqənin qalibi isə “A ənd J Holdinq”MMC ilə imzalanıb. Müqavilənin maliyyə dəyəri 260072 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə 16 noyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 510 540 AZN olan şirkətin qanuni təmsilçisi Məhərrəmzadə Əlibala Səttar oğludur.

Şirkət barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Baxmayaraq ki, “A ənd J Holdinq” MMC 18 ildir fəaliyyət göstərir.
Əlibala Məhərrəmzadəyə gəlincə, o, müstəqil auditordur. O, eyni zamanda “Kaspian Audit Kompani” MMC-nin direktorudur. Azəraycan Yazıçılar Birliyinin (AYB) üzvü olan Əlibala Məhərrəmzadə 2010-cu ildə keçirilən parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəd olub.
Bu tenderdə şübhəli məqamlar müqavilədə qeyd edilən bəzi tədbirlərlə bağlı heç bir məlumatın olmamasıdır. Məsələn, müqavilədə 3 dekabr Beynəlxalq

Əlillər Günü münasibət ilə uşaqlar üçün həvəsləndirci tədbir -görüşün təşkili və 30 uşaq üçün hədiyyələrin alınması nəzərdə tutulur.
Belə bir tədbirin keçirilməsi və uşaqlara hədiyyə veriməsi barədə heç bir məlumata rast gəlinmir. Komitənin saytında 3 dekabrla bağlı tədbir keçirilməsi barədə bir neçə məlumat yerləşdirilib. Lakin tədbirin harada və nə zaman keçirilməsi barədə heç bir qeyd yoxdur. Bu tədbirlərin 2022-ci ildə, yoxsa ondan əvvəl keçirildiyi bəlli deyil.

Beləliklə, aydın olur ki, komitənin tender siyasəti dəişməyib. Hicran Hüseynovanın dövründə keçirilən tenderlərdə qaranlıq məqamlar çox olduğu kimi Bahar Muradovanın rəhbərliyi altında keçirilən satınalma müsabiqələrində eyni hallar müşahidə olunur.(Reportyor.info)

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}