Mədəniyyət.az(Lalə): Rejissor Mətləb Muxtarovun “12/35” sənədli filmi 20-28 yanvar tarixlərində Fransanın Biarritz şəhərində keçirilən “FIPADOC” Beynəlxalq Sənədli Film Festivalında iştirak edir.Bu barədə məlumat verən rejissor 1987-ci ildən keçirilən festivalda ölkəmizin ilk dəfə təmsil olunduğunu deyib. Bildirib ki, film tamaşaçılar və mütəxəssislər tərəfindən maraqla qarşılanıb.
İlk ekran işi haqqında danışan müəllif deyib: “Film Sumqayıtda keçmiş sakinlərin xatirələri əsasında ərsəyə gəlib. Şəhərdə 12/35 saylı binada yaşayan, Sovet Azərbaycanı ilə müstəqillik dövrü arasında qalmış bir nəslin taleyini əks etdirir”.
Qeyd edək ki, “12/35” filmi ötən il “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalında “Ən yaxşı yerli qısametrajlı sənədli film” nominasiyasında qalib olub.
Becan.az