Heç bir texniki problem yoxdur. Sərnişin sıxlığıdır.Bunu Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov
Axar.az-ın sorğusunu cavablandırarkən bildirib.
"Platforma səviyyəsinin ifrat sıxlığına yol vermək olmaz. Texniki problem olan kimi xəbərdar edirəm və edəcəyəm", - deyə o, vurğulayıb.
Qeyd edək ki, bu gün axşam saatlarında "Sahil" metrosu qarşısında böyük izdiham yaranıb.