İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

12:25 20.02.2025 630
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılır.

Xəbər verilir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncam Qarabağ tarixinin və mədəni irsinin dərindən öyrənilməsi, Pənahəli xan tərəfindən əsası qoyulan Qarabağ xanlığı barədə tarixi faktların təbliği və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.

1. Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin və Muzey Kompleksinə daxil ediləcək digər dövlət əmlakının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görsün;

2.2. Muzey Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” 2006-cı il 13 fevral tarixli 363 nömrəli, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və işçilərinin ümumi say tərkibinin müəyyən edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 392 nömrəli, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 869 nömrəli, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2023-cü il 24 iyul tarixli 2242 nömrəli və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 485 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 4-cü bəndində “qanunla qadağan olunmayan” sözləri “qanunda nəzərdə tutulan” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 80 (Cild I) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 5-ci bəndində “qanunvericiliklə” sözü “qanunda” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 324 (Cild I); 2024, № 1, maddə 22, № 5 (I kitab), maddə 529; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 dekabr tarixli 263 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5-ci bənddə “qanunvericilikdə” sözü “qanunda” sözü ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 14.3-1-ci, 14.3-2-ci yarımbəndlər və 17-1-ci bənd əlavə edilsin:

“14.3-1. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Nazirlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

14.3-2. Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər verir;”;

“17-1. Nazirliyin Kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

17-1.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;

17-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Nazirliyə tapşırılmış normativ hüquqi aktları;

17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

17-1.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

17-1.5. nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;

17-1.6. bu Əsasnamənin 17-1.1–17-1.5-ci yarımbəndlərinə uyğun olaraq, Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.”.

4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 674 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi”nin 1.5-ci bəndində “qanunla qadağan olunmayan” sözləri “qanunda nəzərdə tutulan” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 967 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 1.5-ci bəndində “qanunla qadağan olunmayan” sözləri “qanunda nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi”nin 1.5-ci bəndində “qanunla qadağan olunmayan” sözləri “qanunda nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;

5.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi”nin 1.5-ci bəndində “qanunla qadağan olunmayan” sözləri “qanunda nəzərdə tutulan” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I); 2024, № 7, maddə 821, № 9, maddə 1005, № 11, maddə 1205) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.5-ci bənddə “qanunla qadağan olunmayan” sözləri “qanunda nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;

6.2. 3.1.66-cı yarımbənddən “qanunla qadağan olunmayan” sözləri çıxarılsın.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:44

Vaşinqtonda bayram yox, alver var

22:45

300-dən çox rus hərbçisi məhv edildi

22:40

Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Təsdiqləndi

22:36

Xameneinin müşavirindən Zəngəzur açıqlaması: İranın cavabı sərt olacaq!

20:56

Prezident büdcə ilə bağlı qanunu TƏSDİQLƏDİ

13:30

Qarabağ Universitetinin rektoru bu səlahiyyətlərdən kənar edildi - QƏRAR

13:24

Ərdoğan Kiyevə səfər edəcək. Amma...

12:48

Təcili: Əliyev və Paşinyan bu həftə sülh sazişi imzalayacaqlar - Məkan AÇIQLANDI

20:21

Bu şəxslər Rusiyada iş tapa bilməyəcək

21:11

Daha bir məktəb direktoru müəllimləri təhqir etdi

13:37

Azərbaycanda Türkiyə pulu keçərli olmadığına görə konsertini ləğv etdi

13:27

XƏBƏRDARLIQ: Temperatur 41 dərəcədən yuxarı olarsa...

13:52

Putin Moldavaya müdaxilə edəcək

13:41

İlham Əliyev Gəngə ilə bağlı SƏRƏNCAM imzaladı

13:19

Üzərlik bitkisinin tərkibində qadağan olunmuş maddələr var - Nazirlikdən XƏBƏRDARLIQ

17:44

İşığın qiyməti artırılacaq... Tarif Şurası yuxudan oyanır və...

17:06

Günorta yuxusu da çox xeyirli imiş...

16:55

Azərbaycanda Rusiya şəbəkəsi... - Siyahıda kimlər var?

17:05

Ruslar 700-ə yaxın hərbçisini mühasirədə itirdi

16:52

Ölkəyə gətirilən dərmanlarla bağlı yeni QƏRAR

16:41

Azərbaycan Kremlin planını pozdu - Kiyevə mühüm dəstək

12:20

Corab satan məşhur aktyor işlə təmin olundu - VİDEO

12:08

Qobu Bələdiyyəsində saxta sənədlərlə torpaqlar satılır

11:51

İran zəvvarları oğurlayır

11:26

Qusmanın işdən çıxarılması Putinin miskinliyidir - Professor

11:18

Tələbələrin təqaüdləri artırılıb: kimlər alacaq?

20:43

Azərbaycan XİN də Rusiyaya başsağlığı verdi

13:39

Azərbaycan qazı Suriyaya da nəql ediləcək

13:33

Rusiya Zəngəzur məsələsinə qarışmır

11:35

Ramiz Mehdiyevin qızının məktəbdəki payı əlindən alındı

11:28

Radarlardan itən Rusiya təyyarəsindəki bütün heyət ölüb

16:43

Rusiyada "azərbaycanlı ovu" davam edir

13:35

İlham Əliyevdən Trampa təşəkkür paylaşımı...

10:27

Milli mətbuat -150!

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO