İrandan növbəti antiazərbaycan isterikası...

18:39 17.06.2025 1 491
İrandan növbəti antiazərbaycan isterikası...

İranın bəzi dairələri son günlər İsrailin hücumlarına qarşı ölkənin müdafiəsi haqqında düşünmək əvəzinə, mümkün vasitələrlə Azərbaycanı da İsrailin “yanına qoşub” müharibə proseslərinin içinə çəkmək istəyirlər. Bu məqsədlə ölkəmizə qarşı istifadə edilən “ittiham” eynidir – guya “İsrail İrana qarşı hücumlarda Azərbaycanın ərazisindən istifadə edir”. İroniya burasındadır ki, İsrail İrana qarşı hücumlarda elə İranın öz ərazisindən istifadə edir!

İsrail və İran arasında hərbi qarşıdurma qonşu və qardaş xalq kimi Azərbaycan xalqını da çox narahat edir. Tehran, Təbriz, Ərbədil, Qəzvin, Urmiya, Xoy və digər şəhərlər bizə də doğma məkanlardır. Beynəlxalq hüquq baxımından da, humanitar ölçü baxımından da İsrailin hərbi hücumuna haqq qazandırmaq olmaz. 30 il müharibə acılarını yaşamış, hələ də bunun fəsadları ilə mübarizə aparan Azərbaycan xalqı müharibənin nə olduğunu yaxşı bilir. Həmin tarixi hadisələr Azərbaycan xalqına həm də yaxşı dərs oldu, dostunu, düşmənini yaxşı tanıdı. Qarabağın azad edilməsi ilə Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdı, yeni əməkdaşlıq səhifəsini açdı və qonşu dövlətlərlə, o cümlədən İranla əlaqələrini inkişaf etdirməyə hazır olduğunu ən yüksək səviyyədə nümayiş etdirdi. İranın yeni prezidenti Məsud Pezeşkian tərəfindən də atılan dost addımları bu istiqamətdə ümidləri artırdı. Lakin görünür, İran hakimiyyətində heç də hər kəs Pezeşkian kimi düşünmür. Mövcud müharibə reallıqlarında ölkənin müharibə qayğıları, müdafiə problemləri ilə məşğul olmaq əvəzinə müxtəlif kanallarla Azərbaycan dövlətinə “bizim təxəyyüllümüzə gəlib ki, İsrail sizin ərazinizdən istifadə edib” mesajını verməyə çalışırlar.

Axı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 14-də İranlı həmkarı Seyid Abbas Arakçı ilə telefon danışığı zamanı açıq mətnlə Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığını açıq şəkildə bildirdi və vurğuladı. Ceyhun Bayramovdan qabaq dövlət başçısı İlham Əliyev də dəfələrlə bildirib ki, Azərbaycan ərazisindən heç bir ölkənin digər ölkəyə müdaxiləsinə icazə verilməyəcək. Azərbaycan nə üçün öz ərazisindən İran əleyhinə fəaliyyətə icazə verməlidir ki?! Azərbaycanın xarici siyasəti hər zaman qonşularla, o cümlədən İranla dostluq və əməkdaşlıq münasibətlərinə əsaslanıb. Azərbaycanın öz ərazisini İran əleyhinə istifadəyə icazə verməsi siyasi və strateji baxımdan da məntiqsizdir. Azərbaycan İsrailə icazə verəcək ki, gedib Arazın o tayındakı soydaşlarımızı bombalasınlar? Bu nə mənəviyyatsız düşüncə tərzidir! İran 1-ci və 2-ci Qarabağ müharibələrində Ermənistana bütün sahələrdə dəstək göstərdi, hər vəcdlə Azərbaycanın zəiflədilməsi siyasəti yürütdü, yəqin ona görə düşünürlər ki, rəsmi Bakı da onlar kimi oxşar hərəkətlər edəcək. Xeyr, biz o mənəviyyatın sahibi deyilik.

İranın hakimiyyət dairələrinə bağlı müxtəlif media resurslarında yayılan iddialar isə heç bir konkret dəlil və fakta söykənmir. İranın hakimiyyət dairələrinə bağlı informasiya resursları ona görə deyirik ki, İran kimi qapalı, sərt iyerarxik qaydalarla idarə olunan rejimlərdə media sərbəstliyinin mövcud olması mümkün deyildir. Gəlin, onların bəzi sayıqlamalarına nəzər salaq.

Müasir Dünya Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycana qarşı çıxışları ilə ad çıxarmış Bəhmən Şüeyb İranın guya İsraildən ələ keçirdiyi məxfi sənədlərdə Azərbaycanın adının keçdiyini iddia edib. Vaxtilə İran televiziyasının Bakıda nümayəndəsi olmuş, ölkəmizə qarşı təxribatçı mövqeyi ilə tanınan Bürhan Heşməti İsrailin hücumunu “Azərbaycan hücumu” kimi qiymətləndirib. Heşməti iddia edib ki, Araz boyu ərazi İsrailin şübhəli texnika və avadanlıqlarının “işğal olunmuş Qarabağdan” qaçaqmalçılıq yolu ilə İrana daşındığı ərazidir. Görürsünüz nə yazıb - “işğal olunmuş Qarabağdan”. Bunlar üçün Qarabağın erməni işğalından azad edilməsi “işğal” demək imiş. Yaxud etnik mənşəyi bəlli olmayan Ehsan Movəhhedeyan adlı tədqiqatçı İrana zərbə üçün istifadə olunan PUA-ların Azərbaycan ərazisindən daxil olduğunu iddia edib. Oxşar mövqeni “Enqelabe eslami dər Azərbaycan”, “Sərbazan-e Qomnam” adlı sosial şəbəkə kanalları və digər resurslar da paylaşıb. İranda tanınmış ermənipərəst ictimai xadim Əhməd Kazemi Təbrizin vurulmasını Bakının fəaliyyəti ilə əlaqələndirib. “Tasnim News” və “Sharg Daily” media resurslarında Bakı “sionist rejimlə əməkdaşlıq etməkdə” günahlandırılıb. Daşnak ermənilərin yaxın dostu olan Salar Seyfəddin isə çağırış edib ki, Azərbaycandan İrana PUA hücumu faktı təsdiqlənsə rəsmi Bakıya qarşı adekvat cavab tədbirləri görülsün. Bütün sayıqlamalarında da xoşlayırlar ki, bizi sancmaq üçün Azərbaycan Respublikası yox, “Bakı Respublikası” ifadəsindən istifadə etsinlər. Siyahını uzatmaq olar. Bəli, İranın məlum mərkəzlərindən verilmiş tapşırığa əsasən, İran mətbuatında yenidən anti-Azərbaycan isterikası başladılıb.

Azərbaycan Respublikası ərazisindən heç bir PUA İran ərazisinə keçməyib. Bunu İranın özündə də çox yaxşı anlayırlar. Sadəcə, öz ayıblarını ört-basdır etmək istəyirlər. Özləri yazırlar ki, Tehranın yaxınlığında “Mossad”ın PUA zavodu tapılıb. Bu nə biabırçılıqdır?! Son günlər nümayişkaranə şəkildə onlarla İsrail şpionu tutulur, dar ağacından asılır və bütün bunlar camaatın gözü qarşısında baş verir. İsrail İranı vurmaq üçün İranın elə öz ərazisində raket qurğuları işə salır, PUA-lar qaldırır! İranın “qüdrətli” təhlükəsizlik qüvvələri hara baxır?!

Bir məqam da marağımıza səbəb olub. İran hakimiyyətinin emissarları “İsrailin İrana, xüsusən, Təbrizə qarşı zərbələri Azərbaycan ərazisindən vurması” ilə bağlı cəfəng xəbərləri Cənubi Azərbaycandakı soydaşlarımız arasında ayrıca canfəşanlıqla yayırlar. Burada məqsəd aydındır – Cənubdakı soydaşlarımız arasında Azərbaycan dövlətinin artan nüfuzunun qarşısını almaq.

Azərbaycan-İran münasibətlərini, yaranmaqda olan etimadı zədələmək məqsədi güdən indiki şər kampaniyası çox bəsit, primitivdir. Bununla İran hakimiyyətinə bağlı dairələr bu ölkənin müdafiəsini təşkil etməkdə göstərdikləri acizliyin bədəlini öz aləmlərində rəsmi Bakıdan çıxırlar. Təbrizi vuran təyyarələrin, PUA-ların Azərbaycan ərazisindən qalxdığını iddia etməklə öz aləmlərində soydaşlarımız arasında milli hisslərə zərbə vurmağa, rəsmi Bakıya olan mənəvi bağlılığı qırmağa çalışırlar. Görünən odur ki, bütün bu səylər əbəsdir.

Diqqətimizi cəlb edən bir müşahidəmizi bölüşüb, yazımızı bununla başa çatdırmaq istərdik. Bunu əsla İsrail-İran savaşında tərəfkeşlik kimi qəbul etməyin. Sadəcə, jurnalist müşahidəsinin nəticəsi kimi görün. İsrailin İrana qarşı zərbələri normalda İran cəmiyyətini İsrailə qarşı, yəhudilərə qarşı səfərbər etməli idi. Küçələrdə könüllü dəstələr formalaşmalı, İran hakimiyyətinə dəstək kampaniyaları təşkil olunmalı, İsraili lənətləyən çıxışlar edilməli, İran kimi dini dövlətdə məscidlər dolub-daşmalı idi. Bunların heç birini görmürük. Əgər belə bir şey olsaydı, İran mediası çoxdan bununla bağlı car çəkmişdi. Müqayisə üçün Vətən müharibəsi zamanı Azərbaycanda, cəmiyyətimizdə olan milli səfərbərliyi, xalq-dövlət birliyini xalqın düşmənə qarşı birləşməsini yada salmaq kifayətdir.(Axar.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}