Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi yox, yol olacaq.
"Teleqraf" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Spiker jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualına belə cavab verib:
“Zəngəzur dəhlizini unudun, dəhliz yox, yol olacaq. Biz bu barədə danışmışıq, onun hüquqi tənzimləmələri dəfələrlə verilib”.