Məşhur İranlı ziyalılarının İsrail-İran müharibəsi ilə bağlı bəyanatı

19:29 17.06.2025 756
Məşhur İranlı ziyalılarının İsrail-İran müharibəsi ilə bağlı bəyanatı

Mühacirətdə olan 7 nəfər məşhur iranlı xadimlər - insan və vətəndaş hüquqları müdafiəçiləri, görkəmli incəsənət xadimləri Beynəlxalq Millətlər Təşkilatını və beynəlxalq ictimaiyyəti İran İslam Respublikasını nüvə proqramına son qoymağa və müharibənin hər iki tərəfini hərbi hücumları dayandırmağa məcbur etmək üçün “təcili və qəti addımlar” atmağa çağıran bəyanat imzalayıb.

Şirin Abadi (hüquq müdafiəçisi, Nobel Sülh mükafatı laureatı), Nərgiz Məhəmmədi (hüquq müdafiəçisi, alim, Nobel Sülh Mükafatı laureatı), Sadiqə Vasmagi (hüquqşünas, şair, islahatçı-siyasətçi), Şahnaz Akmali (İran rejiminə qarşı mübarizə fəalı, şəhid anası), Məhəmməd Rəsulof (ssenarist, prodüser, rejissor, Oskar Akademiyasının üzvü), Cəfər Pənahi (kinorejissor və ssenarist, beynəlxalq kino mükafatları laureatı) və Əbdülfəttah Soltaninin (insan haqları üzrə tanınmış hüquqşünas, bu sahədə bir sıra beynəlxalq qurumların üzvü) imzaladığı bu bəyanatda deyilir:

"Biz, bu bəyanatı imzalayanlar, İranın ərazi bütövlüyü və xalqın həqiqi suverenliyinin qorunub saxlanmasına qəti vurğu edərək, İslam Respublikası tərəfindən uranın zənginləşdirilməsinin dayandırılmasını, İslam Respublikası ilə İsrailin hakim rejimi arasında dağıdıcı müharibənin dərhal dayandırılmasını tələb edirik. Hər iki ölkədə infrastrukturu və mülki insanların həyatını məhv etməklə yanaşı, bəşər sivilizasiyasının əsaslarına açıq təhlükə yaradan müharibənin durdurulmasına çağırırıq!
Uranın zənginləşdirilməsi İran xalqının məsələsi deyil. İran və bu torpağın xalqı uranın zənginləşdirilməsinə və İslam Respublikasının ambisiyalarına qurban verilməməlidir. Fikrimizcə, İslam Respublikasının hakim orqanları İranın daxili və xarici ixtilaflarını və münaqişələri həll etmək və yaxşı yol tapmaq üçün nə qüdrətə, nə də qabiliyyətə malik deyildir.”


P.S. Qeyd edim ki, xaricdə yaşayan və sayı milyonlarla ölçülən iranlı mühacirlər arasında ölkədə baş verən hadisələr heç də birmənalı qiymətləndirilmir. Ölkədə hakim rejimin nə yolla və hansı qurbanlar bahasına olursa-olsun devrilməsini istəyənlərlə yanaşı (Bu sırada Məhəmməd Rza Pəhləvinin tərəfdarları aparıcı yer tutur), rejimi qətiyyətlə rədd edən, lakin Vətən bildikləri ölkənin dağıdılmasını, dinc insanların öldürülməsini qəbul etməyən çoxsaylı işgüzar, elmi, mədəni sahələrdə yüksək nüfuz sahibi olan iranlı elitası da vardır.

Maraqlıdır ki, məşhur “7-lərin Bəyanatı” da iranlı cameəsində bəzi suallar doğurub və “İsrailin təcavüzkar siyasətinin pislənməməsi” əsas tənqid hədəfi olub.

Tarixçi alim Solmaz Rüstəmova-Tohidi
(Azadlıq)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO