11 İlin Səmimiyyəti, Mücadiləsi və Qüruru: İzmir Kültür və Dayanışma Dərnəyinin Yolu

23:54 17.07.2025 2 534
11 İlin Səmimiyyəti, Mücadiləsi və Qüruru: İzmir Kültür və Dayanışma Dərnəyinin Yolu

Bu gün bir dostluğun, bir yurd sevdasının, bir millət mübarizəsinin 11-cü ildönümüdür. Azərbaycanla Türkiyənin könül körpüsünü İzmirin qəlbində yaşadan İzmir Kültür və Dayanışma Dərnəyi bu gün 11 yaşını tamamlayır.

Hər böyük yolun bir ilk addımı var. Bu yol pandemiyada itirdiyimiz, dəyərli başqanımız Mülazim Paşanın inam və əzmlə atdığı addımlarla başlandı. Onun ruhunu yaşadan, davamını gətirən isə bugünkü başqan Eşref Tuna və bu mübarizənin səssiz, fədakar memarlarından biri olan həyat yoldaşı Naime Tuna oldu.

Bu 11 ilin içərisinə nələr sığmadı ki:

- Azərbaycan və Türkiyə qardaşlığını simvolizə edən Azərbaycan Parkı, Xocalı Anıtı, Heydər Əliyev büstü İzmirin mərkəzində ucaldı;

- Evi olmayan neçə ehtiyac sahibi azərbaycanlı ailənin evləri quruldu;

- Müalicəyə ehtiyacı olan neçə xəstəyə yardım əli uzadıldı;

- Tələbələrə təqaüdlər verildi;

- Ailələrə yardım koliləri, qurban payları, Ramazan sovqatları çatdırıldı...


Bu dərnək sadəcə bir qurum olmadı, bir ata ocağı oldu. Mən bu yolda bu ocağın qapısını doğma evim kimi döydüm, hər zaman Eşref bəyin ağsaqqallığını, Naime xanımın ablalığını gördüm.

Bəzən yolumuza daş atanlar oldu… Bizi bir-birimizə düşmən etmək istədilər. Toplantılarda önə çəkilən iki Türk qızını – mən və Roza İbadova – buna görə hədəfə aldılar... Milli duruşumuzdan narahat olan sağdan da gəldi, soldan da... Hətta, Bakının içindən belə buraya burunlarını soxub, haqqımızda yalanlar uyduranlar tapıldı…

Amma unutdular: min Nigar getsə də, min başqası gələcək. Çünki bu, bir şəxs, bir qrup deyil, millət və vətən üçün verilən mübarizədir.

Bu dərnəyə güc qatanlar təkcə adlar deyil, xalqın özüdür, millətin ruhudur.

Bu gün geri baxdıqda ürəyim dolur, gözlərim yaşarır. Mən, başqan Eşref Tuna və onun dəyərli komandasından razıyam. Allah da razı olsun.

Bir millətin hafizəsində iz buraxanlar, tarixə könüldən yazılanları. İzmir Kültür və Dayanışma Dərnəyi də bu xalqın qəlbinə yazılmış bir mübarizə dastanıdır.

Yaşasın Azərbaycan-Türkiyə birliyi!
Yaşasın millət üçün çalışan könül insanları!






















Nigar ÖGEDAY,
Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:52

İki prorektor işdən çıxarıldı

12:47

Azərbaycan Prezidenti TDT-nin Baş katibini qəbul edib

08:46

İmanov qardaşları həm də vəhhabi imiş - Sensasiya

14:43

TƏBİB və Səhiyyə Nazirliyi birləşdiriləcək?

19:31

Oktyabrın havası: isti, yağış...

11:07

Əhmədzadənin həbsi İspaniyada futbol dərsi alan azərbaycanlı uşaqlara zərbə vurub

10:58

İnflyasiya sürətlənəcək - İqtisadçı

10:58

Azərbaycan-Ermənistan sərhəddi Sovetlər zamanındakı xəritələrə uyğun müəyyənləşəcək - Sarkisyan

10:10

Adnan Əhmədzadə işi böyüdü - ŞOK TƏFƏRRÜAT

09:46

Müəllimləri aparan mikroavtobus aşıb, xeyli yaralı var

09:38

Tramp Putinə deyil, Zelenskiyə inanır

11:06

Cəlalabad şəhərinin adı dəyişdirildi

13:53

Məşhur futbol mütəxəssisi: “İnsan “Qarabağ”a həsəd aparır”

13:42

"Ağrı dağı" təsvirindən imtinanın səbəbi Türkiyə deyil - Paşinyan

13:32

Güclü yağış yağacaq, dolu düşəcək....

18:21

Kimlər məktəb direktoru ola biləcək? - Yeni QƏRAR - VİDEO

17:53

Rusiyanın növbəti saxtakarlığı - Bu dəfə idmanda

12:48

Hacı Murad Yegizarov ll Fəxri Xiyabanda dəfn ediləcək

12:44

BƏƏ Prezidenti Füzulidə qarşılandı

12:40

Marketlərdə, apteklərdə, klinikalarda bu şəxslərə endirimlər olacaq

12:30

Pensiyalar artırılacaq

19:30

Ərdoğan Bakıya görə Azərbaycanı təbrik etdi

14:15

Təhsil haqqı artımı şəxsi istəklə olmamalıdır - Deputat

13:37

Sürücülük vəsiqəsi ilə bağlı yeni QƏRAR

13:10

Leysan yağışlar yağacaq, temperaturlar enəcək

12:44

Təhsil naziri məktəblərdəki qanunsuzluqdan danışdı

13:59

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü - VİDEO

13:31

Rus generalın ölümündə Bakı ermənisi şübhəli bilinir

11:16

Alim Qasımovdan 5 milyon manatlıq villa ilə bağlı AÇIQLAMA

20:43

ƏYNİMDƏKİ YOL... - (poema)

18:47

Qazaxıstan Rusiyadan asılılığı azaldır: Çinlə 70 müqavilə...

18:23

İrəvan ermənilərə nəyə görə verilib? – Kuba jurnalı

17:57

Əliyevin mövqeyi Moskvanın narahatlığını artırdı - Putindən geriyə addım

14:20

Gürcüstanda Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı yayınlandı

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO