Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”

13:51 21.07.2025 5 131
Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”

Azərbaycan məktəblilərinin beynəlxalq və yerli olimpiadalarda qazandığı uğurlar ölkənin təhsil sisteminin ən önəmli nailiyyətlərindən sayılır. Bu uğurları qazanan gənclər arasında yer alan Respublika Riyaziyyat Olimpiadasının qızıl medalçısı Orxan Əliyev çətinliklə qarşılaşıb.

Orxan Əliyev təhsilini Türkiyədə davam etdirdikdən sonra ailəvi səbəblərlə Azərbaycana qayıdaraq, yerli universitetlərdən birinə transfer olunmaq üçün müraciət edib.

Onun sözlərinə görə, lazımi sənədləri təqdim edib, qiymət və imtahan nəticələri müvafiq tələbləri qarşılayır. Hətta, Təhsilin Keyfiyyət Təminatı Agentliyi tərəfindən “uyğunluq sənədi” də təqdim olunub. Lakin, o, bildirir ki, transfer üçün müraciət etdiyi universitetlərdən mənfi cavab alıb və bunun əsassız olduğu qənaətindədir:

“Mən, Orxan Əliyev – Respublika Riyaziyyat Olimpiadasının qızıl medalçısıyam. Məşhur olimpiadaçılar Abutalıb Barış Namazov, İbrahim Tağızadə, Abbas Məmmədov, Murad Eynizadə, Murad Ağazadə, Rəşad Məmmədov və bir çox başqaları ilə eyni sinifdə oxumuşam, dostlarımdır. Çoxu vəziyyətimi bilir.

Türkiyədə təhsilimi davam etdirə bilmədim. Talesizlik oldu – atam qəza keçirdi. Sarsıldım, nigaran qaldım və pulsuz qaldım. Ailəmin də mənim köməyimə ehtiyacı oldu. Məcburən məzuniyyət götürüb ölkəyə gəldim. Hazırda Azərbaycan ali məktəblərinə transfer olunmaq istəyirəm. Təhsilin Keyfiyyət Təminatı Agentliyinə bütün sənədlərimi təqdim etmişəm və transfer üçün uyğunluq sənədi almışam.

TRYÖS imtahanından 500 üzərindən 498 bal toplamışam. Mən niyə uyğun sayılmamalıyam? Medalçı olaraq bizim universitetlərə imtahansız qəbul hüququm var idi. İndi isə mənə rədd cavabı verirlər.

Transfer pəncərəsi açılan kimi müraciət etmişəm. Dərhal rədd cavabı aldım. Bildirdilər ki, Azərbaycan Texniki Universiteti məni qəbul etməyib. Niyə? Ora yaramırammı? Başqa universitetlər medalçılar axtarır, bəs məni niyə rədd edirlər?

Bir neçə gündür Ali Təhsil Agentliyi ilə Texniki Universitet arasında qalmışam. Əvvəl dedilər ki, universitet rədd edib. Universitetə getdim, dedilər: transkript yükləməmisən. Deyirəm, müraciət sistemində transkript yükləmək yeri və tələbi yoxdur. Transkriptimi Keyfiyyət Təminatı Agentliyinə də yükləmişdim və məqbul saymışdılar. Bütün sənədlərim apostil təsdiqi ilə mövcuddur.

İndi deyirlər ki, kredit sayım azdır. Axı agentlik məqbul sayıb. Mən ötən il ümumiyyətlə akademik məzuniyyətdə olmuşam, deyirlər ki, onun kreditləri hanı? Axı oxuduğum dövrün krediti var və tələbi ödəyir.

Günlərdir ortada qalmışam və sabah müraciət dövrü bitir.

Hörmətli nazir Emin Əmrullayevi şəxsən tanıyıram, onu təmiz və vicdanlı insan kimi tanıyıram. Ancaq bu prosesdə mənə qarşı bu cür münasibətin səbəbi nədir? Əgər yeni üsullar bu cür ədalətsizliklərə səbəb olursa, necə "yenilənmiş və ədalətli sistem" sayılır? Emin müəllim, vaxtilə uğuruna əl çaldığınız şagirdinizəm mən. Məgər talesizlikdən kim sığortalanıb? Niyə bütün tələbləri ödədiyim halda transfer olub, həm universitetə pul ödəyib, həm də ailəmə arxa duraraq təhsilimi davam etdirə bilmərəm? Niyə məni bu məngənəyə salırlar?

Cənab nazir, sizdən cavab gözləyirəm!”


Müvafiq qurumların da mövqeyini işıqlandırmağa çalışacağıq.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}