Azərbaycanda Rusiya şəbəkəsi... - Siyahıda kimlər var?

16:55 29.07.2025 812
Azərbaycanda Rusiya şəbəkəsi... - Siyahıda kimlər var?

Məlum olduğu kimi, iyulun 24-ü Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Rusiya Baş naziri Mixail Mişustin Sərəncam imzalayıb.

Xəbər verilir ki, “Day.az” informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub.

Bildirilib ki, M.Qusmanın III Şuşa Qlobal Media forumunda Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sual Rusiya elitasında qıcıq yaradıb: “Rusiya Prezident Administrasiyası rəhbərinin media və ictimaiyyətlə əlaqələrə nəzarət edən birinci müavini Aleksey Qromov onun haqqında kəskin danışıb. Bundan əlavə, TASS-ın baş direktoru Andrey Kondraşov da Qusmana öz narazılığını bildirib”.

Məqalədə, həmçinin Rusiya hakimiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub. Bununla yanaşı, Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə də toxunulub.

Yazıda həmin şəbəkənin üzvü olmuş bir neçə şəxsin adı da açıqlanıb. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi və şəbəkənin rəhbəri olan Ramiz Mehdiyev, eləcə də ordudakı uzantısının rəhbəri Nəcməddin Sadıkov vəzifədən kənarlaşdırılıdı. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov oxşar aqibətlə üzləşdi.


Bu yerdə Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı da diqqət çəkir. Onun Rusiya şəbəkəsi ilə əlaqələri barədə daha əvvəl hər hansı məlumat ictimailəşməmişdi.

Son olaraq isə Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov vəzifəsindən azad edildi. Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan “yoxa çıxan” Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilib.

Onun Rusiya FTX ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldı. Son aylarda “Rus evi” və “Sputnik” kimi strukturların fəaliyyəti də ölkədə məhdudlaşdırılıb.

Məqalədən də göründüyü kimi, Moskvanın Azərbaycana qarşı tutduğu radikal mövqe heç də rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı deyil. Belə ki, ölkəmizdə Rusiya şəbəkəsinə qarşı həyata keçirilmiş tədbirlər şimal qonşumuzun yumşaq desək, xoşuna gəlməyib.

Göründüyü kimi, Kremli qəzəbləndirən əsas faktor Azərbaycanda Rusiya şəbəkəsinə qarşı görülən ardıcıl tədbirlərdir.

Bütün bunlar dövlətimizin Rusiya da daxil olmaqla, xarici ölkə agenturalarına qarşı apardığı tədbirlərin effektini göstərməklə zamanlamanın düzgünlüyünü ortaya qoyur. Əgər bir neçə il əvvəl Rusiya agenturasına qarşı bu tədbirlər həyata keçirilməsəydi, onların ölkədə hansı təxribatlar törədəcəyi, nə kimi fəaliyyətlər göstərəcəyini təxmin etmək heç də çətin olmazdı.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:52

Pensiyalar 53 manat artırılır - Hansılar?

18:58

Şaxtada su sayğacları necə qorunmalıdır?

18:52

ADSEA kollektivi Şəhidlər xiyabanını ziyarət edib

18:43

"20 Yanvar"ın 36-cı ildönümü Ağsuda da yad edilib

12:20

Azərbaycan yük təyyarələri Ermənistan səmasında...

11:42

Həm şəfalı, həm də gəlirli bitki...

13:55

Yenidən hava dəyişəcək, qar yağacaq

13:46

Zəngəzur dəhlizi ilə bağlı sevindirici xəbər

17:15

İran "Starlink"i boğmağa çalışsa da, o, bu gün yerli xalqın yeganə informasiya xəttidir

17:05

Sosial şəbəkələr üzərindən təklif olunan sosial yardımlar saxta və təhlükəlidir - XƏBƏRDARLIQ

16:54

Bakı 4 əsir ermənini İrəvana qaytardı

12:00

Elbəyi Həsənlidən Mir Şahinə jurnalist "silləsi"..

11:44

Bəzi məcburi köçkünlərə yardım dayandırılır

11:37

Etirazçılar polisə silah daşıyan avtobusa basqın etdi

12:46

Teatrda əriyən, əridikcə böyüyən ömür - Xalq artisti, ŞƏHİD atası Əli Nur

19:21

Bakıda ən ucuz torpaq sahələri və qiymətləri...

19:14

Baş Nazir icra məmurları haqqında qərar qəbul etdi

18:55

Temperatur 10 dərəcə enəcək, intensiv qar yağacaq - XƏBƏRDARLIQ

11:49

İranda ölənlərin sayı 65-ə çatıb

11:41

Daha iki rayonda heyvan satışı bazarı açıldı

11:21

İranın xarici işlər nazirinin Livana qaçdığı bildirilir

10:02

Bu vəzifələr ləğv olundu, işçilər ixtisar edildi - Yeni ştatlar

12:08

Azərbaycanın 110 kv/km ərazisi bizim nəzarətimizdədir - Simonyan

12:00

“Etirazçılarla qarşıdurmadan çəkinin” - Pezeşkian

11:51

Ermənistanda neft və dizelin qiyməti ucuzlaşacaq

11:44

Rusiya ballistik raket atdığını etiraf etdi

11:32

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

21:08

Siqaretlərin qiyməti qalxdı - Siyahı

20:58

Xamenei Moskvaya qaçacaq, əgər...

05:04

Benzin və dizelin qiyməti bahalaşdı

11:10

Ağac bəzəmək tamamilə türk adətidir

19:19

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü İzmirdə coşqu ilə qeyd olunub

18:36

Bir ay əvvəl vəzifəyə təyin edilən icra başçısı işdən çıxarıldı - SƏRƏNCAM

18:28

Diaspor fəaliyyətinə sədaqətin təntənəsi: Nigar Ögeday təltif olunub

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO