Teatrda əriyən, əridikcə böyüyən ömür - Xalq artisti, ŞƏHİD atası Əli Nur

12:46 13.01.2026 3 346
Teatrda əriyən, əridikcə böyüyən ömür - Xalq artisti, ŞƏHİD atası Əli Nur

10 yanvar teatr və film aktyoru, Azərbaycan Respublikasının Xalq artisti (2019), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən) Əli Nurun doğum günüdür.

Əli Qayıbalı oğlu Nurzadə (Əli Nur) 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin onuncu sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun Sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub.

Üçüncü kursa keçəndə köçürmə yolu ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar.

İnstitutda tələbə ikən İ.Əfəndiyevin “Bahar suları” tamaşasında Uğur, Şillerin “Məkr və Məhəbbət” tamaşasında Prezident, A.Ostrovskinin “Günahsız müqəssirlər” tamaşasında Murov, C.Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşasında Şeyx Fazili rollarını oynayıb. S.Vurğunun “Komsomol poemasında” Bəxtiyar obrazını yaradıb.

1972-ci ildə ali aktyor diplomu alan və institutda müəllim işləyən Əli Nur həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə olub və qayıtdıqdan sonra yenə teatrda aktyor kimi işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub.

20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür.


Əli Nur Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işlədiyi on üç il ərzində (bir ili hərbi xidmətdə keçib) aşağıda siyahısı verilən rollar silsiləsini ifa edib:

Bəhram - “Solğunçiçəklər”(C.Cabbarlı), Arif - “Ana məhəbbəti”(Y.Məmmədov), Rahib - “İnam”( F.Məmmədov), A.B. - “Demoklisin qılıncı”(N. Hikmət), Cəlal - “Komsomol poeması”(İ.Coşqun, S.Vurğunun eyniadlı poeması əsasında), Tərgəldi - “Adamın adamı”(Anar), Əli qulu - “Tamahkar”(S.S.Axundov), İbad - ”Almaz”( C. Cabbarlı), Laqutin - “Poladəridənlər”( G.Bokarev), Tamaz - ”Sərbəst mövzu”(A.Çxaidze), Ölüm mələyi - “İlahi komediya”(İ.Ştok), Rüstəm - “Vəfalı Səriyyə”(C. Cabbarlı), Arbenin - “Maskarad”(Y.Lermontov), Aləmtac - “Mehrişah” (O.Məmmədov), Bəbir - ”Ayıl, bax bu dünyaya”( H. Nəzərli ), Zakir - “Toy şənbə günü olacaq”(M.Kərim), Ərəblinski - “Ərəblinski”(Ə.Nur), Rəhim - “Ağa Kərim xan Ərdəbilli”( N.B.Vəzirov), Şıxlinski - ”Bütün Şərq bilsin”(N.Həsənzadə), Şatrov - “Vətənə qayıtmaq istəyirəm”(V.Koşuta), Qaratay - ”Afət”(H. Cavid), Stenli - “İstək tramvayı”(T.Uilyams), Saqadayev -
“Onüçüncü sədr”(A.Abdulin), Atabala - ”Doğmalar”(R.Əlizadə), Oqtay - ”Oqtay Eloğlu”(C.Cabbarlı), Mustafa - ”Çahargah fantaziyası”(K. Kərimov), Rüstəm bəy - “Dursunəli Mamağanskinin macəraları”(.S.M.Qənizadə), Etibar - ”Mənim arxalandığım”(N.Xəzri), Direktor - “Qəbul təxirə salınır”( C.Yusifzadə) və s.


Əli Nur Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı tamaşalarda da silsilə rolların ifaçısıdır:

Şirzad bəy - “Şeyx Xiyabani”(İ.Əfəndiyev), Nizami Gəncəvi - “Atabəylər”(N.Həsənzadə), Qazan xan - “Torpağa sancılan qılınc”(N.Xəzri), Nəsimi - “Fəryad”(B.Vahabzadə), Mustafa - “Çahargah fantaziyası”(K.Kərimov), Mirzə Fətəli Axundzadə - “Mənsiz dünya”( N.Xəzri), İ.Stalin - ”Tufandan əvvəl”(A.Süleymanov), Rəhimzadə - “Bizim qəribə taleyimiz”(İ.Əfəndiyev),
Kumar - “Qanqın böyük dalğası”( C. Əfruz), Qələndər - “Gülüstanda qətl”(C. Əlibəyov), Agah Əfəndi - “Qanlı Nigar”(S.Şendil), Doktor Altay - “Tənha iydə ağaci”(İ.Əfəndiyev), Səlim Babayev - ”Sevgililərin cəhənnəmdə vüsalı”(İ.Əfəndiyev), Mirzə Məhəmməd - “Anamın kitabı”, (C.Məmmədquluzadə), Şair - “Sokratı anma gecəsi”(Ç.Aytmatov və M.Şahanov), Çaparlı Şah Edip - “Şah Edip”(Sofokl), Kərim - “Lənkəran xanının vəziri”(M.F.Axundzadə), Pirqulu - “Aydın” (C.Cabbarlı), Mustafa Kamal - “Ulduz, yaxud Ədimə fəthi”(C.Cabbarlı), Şəfiyev - ”Bu dünyanın adamları”(H.Orucov), Babək - “Dar ağacı”(B.Vahabzadə), Əlimərdan bəy - “Eşq və intiqam”(S.S.Axundov), Qara Xaqani - “Özümüzü kəsən qılınc”(“Göy Türklər”)(B.Vahabzadə), Nostradamus - “Hələ “sevirəm” deməmişdilər…”(R.Novruz), M.F.Axundov - ” Brüseldən məktublar”
(H.Həsənov), Səttar - ”Rəqabət”(B.Vahabzadə), Patifor Şezar - “Misir gecələri”( M.S.Ordubadi, N.Hikmət, V.Şekspir), Sarıqlı Molla - “Dirilən adam”(M.Cəlal), Rüstəm Xan - “Eloğlu”(A.Şaiq), Şahi - “Füzuli”(M.M.Seyidzadə), Səməd Mənsur - “İmzanın hökmü”(T.Kazımov), Dədə Qorqud - “Novruznamə”(S.Cavadlı), Kəlbəli Xan - “Qarabağnamə”(İ.Əfəndiyev), İsrail - “Teleskop”(Elçin), İstinyenli Əşrəf - ”Qanlı Nigar”(S.Şendil), Tenerio - “Don Juan və həndəsə”(M.Firiş), Çar Georqi - ”Gəncə qapıları”(H.Mirələmov), Səadət xan - “Nadir şah”(Y.Oğuz), Hacı Həsən Ağa - “Ölülər”(C.Məmmədquluzadə), Kərbəlayi Türbət - “Dəli yığıncağı” (C.Məmmədquluzadə), Niyaz - “Yaşar” (C.Cabbarlı), Mirzə Fətəli - “Qürbətdən gələn məktublar”(H.Həsənov), Vaqif kişi - “Zəfər yolu”(Azər Paşa), Süleyman bəy - “Şükriyyə”(Cavid Zeynallı), Tansıkbayev müstəntiq - “Əsrə bərabər gün”(Ç.Aytmatov), Şamil - “Bayquş gəldi, yaxud biraz məhəbbətdən danışaq”(M.İbrahimbəyov) və s.

Əli Nur müxtəlif illərdə Azərbaycan Dövlət Televiziyasında hazırlanmış serial və filmlərə də çəkilib:

”İşarə dənizdən gözlənilir”, “Cavad Xan”, “İflas” və s.

Filmoqrafiyası:

Mənsur və Sitarə (1977, tammetrajlı film-tamaşa) – aktyor (Mənsur);
İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – aktyor;
Unudulan adam (1987, tammetrajlı film-tamaşa) – aktyor (həbsxana rəisi);
Ürək yaman şeydir... (1992, qısametrajlı film-tamaşa) – aktyor (Əjdər);
Qaçaq Süleyman (1995, tammetrajlı bədii film) – aktyor (Qaçaq Süleyman);
Doğan günəş (2002, bədii serial) – aktyor (general);
Güllələnmiş heykəllər (2002, tammetrajlı film-tamaşa) – aktyor (Mirmöhsün Nəvvab);
Yanmış körpülər (2003-2007, bədii serial) – aktyor (restorandakı adam);
Cavad xan (2008, tammetrajlı bədii film) – aktyor (Alban keşişi);
Acı həqiqət (2012, qısametrajlı bədii film) – aktyor (ata);
Akademik Əlisöhbət Sumbatzadə (2015, qısametrajlı sənədli televiziya filmi) – aktyor;
Xatirələrdən gəlmiş qonaq (????, tammetrajlı film-tamaşa) – aktyor (Mənsur).

Əli Nur səhnəyə gəldiyi gündən bütün dövlət və ictimai tədbirlərin iştirakçısı olub.


2020-ci ildə Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda 44 günlük ZƏFƏR müharibəsi zamanı - Şuşanın işğaldan azad olunması döyüşlərində canından keçərək, qəhrəmancasına ŞƏHİD olub.

Xalq artisti Əli Nur bir sıra dövlət mükafatlarına da layiq görülüb:

- Azərbaycanın Respublikasının əməkdar artisti — 24 dekabr 2002-ci il;
- Azərbaycan Respublikası Prezidentinin mükafatı — 9 may 2018-ci il , 10 may 2019-cu il, 7 may 2020-ci il;
-Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2021-ci il.

Dəyərli aktyorumuz, Xalq artisti, ŞƏHİD atası Əli Nuru doğum günü münasibətilə təbrik edirik, ona sağlam ömür, yeni sənət uğurları və bol səbr arzulayırıq.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}