"20 Yanvar"ın 36-cı ildönümü Ağsuda da yad edilib

18:43 20.01.2026 1 050
"20 Yanvar"ın 36-cı ildönümü Ağsuda da yad edilib

1990-cı ilin qanlı 20 Yanvarından 36 il ötür. Qəhrəmanlıq, şərəf və hüzn tariximiz, eləcə də o şanlı səhifəni yazan Şəhidlərimiz Ağsu rayonunda da yad olunub.

Belə ki, 20 yanvar 2026-cı il tarixdə Ağsu rayonunda Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin şanlı tarixi olan Ümumxalq hüzn gününün 36-cı ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb. Mərasimdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ağsaqqallar, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzindəki Qəhrəmanlıq Kompleksinə gəliblər. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov kompleksdə şəhid ailələri və müharibə iştirakçıları ilə görüşərək onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıb və onların fikirlərini dinləyib.

RİH başçısı qeyd edib ki, 1990-cı il 20 Yanvar faciəsinin dağılmaqda olan sovet imperiyasının xalqımızın azadlıq uğrunda dinc mübarizəsinə qarşı yönəldilən bir qəsd olmuşdur. Həmin vaxt Bakıya yeridilən xüsusi hərbi hissələr ağır texnikalardan istifadə edərək dinc, əliyalın insanlara qarşı görünməmiş vəhşiliklər törədib, nəticədə yüzlərlə vətəndaş, o cümlədən qocalar, qadınlar, uşaqlar, hətta xidməti vəzifəsini yerinə yetirən tibb işçiləri qətlə yetirilib, yaralanıb. Azərbaycan Televiziyasının enerji blokunun partladılaraq ölkəmizin informasiya blokadasında saxlandığı bir vaxtda xalqımızın qəhrəman oğlu, Ümummilli Lİider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gedərək heç bir təhlükədən çəkinmədən bəyanatla çıxış edib, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verib. Rayon rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına daim xüsusi diqqət ayırır.

Sonra RİH-nin başçısı tərəfindən Qəhrəmanlıq Kompleksinə əklil qoyulub və mərasim iştirakçıları tərəfindən kompleks ziyarət olunub. Abidə önünə gül-çiçək dəstələri düzülüb və şəhidlərin xatirəsi anılıb. Mərasim iştirakçıları daha sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş ağsuluların uyuduğu Şəhidlər Xiyabanına gələrək şəhid məzarlarına gül-çiçəklər düzüb, xatirələrini ehtiramla yad ediblər.

Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərin hərəkəti dayandırılaraq nəqliyyat vasitələrindən səs siqnalları verilib.

Allah Şəhidlərimizə rəhmət eləsin!














Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}