Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.Xəbər verilir ki, bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.
Allah Şəhidlərimizə rəhmət eləsin!Becan.az