2026-da bahalaşan məhsullar - SİYAHI

12:07 11.02.2026 175
2026-da bahalaşan məhsullar - SİYAHI

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayına nisbətən 105,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1 faiz, qeyri-qida məhsulları üzrə 103,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz təşkil edib.

Bu ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, südün, qatığın, pendirin, şorun, kəsmiyin, yumurtanın, naringinin, bananın, almanın, armudun, xurmanın, kivinin, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, badımcanın, sarımsağın, kartofun, şokolad məmulatlarının, arağın, konyakın, şərabın, siqaretin, ucuzlaşma isə yumru düyünün, portağalın, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, tomat pastasının qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,3 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma parçaların, divar kağızının, plastik pəncərənin, laminat parketin, sementin, masa və oturacaq mebellərinin, xalçanın, istilik sistemi üçün istilik qurğusunun, kiçik elektrik cihazlarının, “Aİ-92” markalı avtomobil benzininin, dizelin, mühərrik yağının, mobil telefonların, qəzetlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, soyuducuların, kondisionerlərin, planşet kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,9 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən elektrik enerjisi və təbii qaz təchizatı, tibbi və stomatoloji, taksi, bərbərxana, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, ucuzlaşma isə malların çatdırılması və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətl

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:40

Vens ailəsinin Şəhidlər xiyabanını ziyarət etməsi nəyin ifadəsidir?

12:07

2026-da bahalaşan məhsullar - SİYAHI

19:10

M10-da milyonlar talan edilib - Həbslər var

12:15

General Hikmət Həsənov Tərtər hadisələrinin harasındadır?

11:59

Federasiya prezidenti ev dustağı edildi

11:51

"Qarabağ"ın Nərimanı getdi

11:45

ABŞ Ermənistanla nüvə sazişi imzaladı

11:36

Pensiyalar nə qədər artdı? – Nazir müavini rəqəmləri açıqladı

10:23

Səkkiz nəfər qidadan zəhərləndi... AQTA həyacan təbili çaldı...

15:20

Ağsu RİH-nin başçısı bir neçə vacib vətəndaş qəbulları keçirib

13:26

Şagird: Mənim corabımın qiyməti müəllimin maaşından çoxdur

13:12

Şagird tərəfindən güllələnən müəllimənin son durumu açıqlanıb

14:36

Ermənistan vətəndaşlarının hamısına ömürlük həbs verilmədi...

12:53

Arvadından sonra qızı da işdən çıxarıldı - "TikTok"da dini təhqir etmək baha başa gəldi

12:45

Xamenei Türkiyənin təklifini rədd etdi

12:37

Nobel mükafatı laureatı aclıq aksiyasına başladı

12:31

Kəndləri və müqəddəs yerləri təhqir edənlərdən DİN-ə şikayət olundu

12:16

Naxçıvanın statusu ləğv edilir

15:17

Bakı ilə İravan arasında yüzmilyonlarla ticarət...

15:08

MİDA-nın yeni yaşayış binası küləyə dözmədi

13:31

Rəsmi Bakı İranda sabitliyə çalışır - İrina Fyodorova

13:15

General Babayevə yüksək vəzifə verildi

13:07

Sabirabadda 8 nəfər həbs edildi

13:04

Gecə və səhər qar, şaxta gözlənilir

12:25

Ən sağlam makaron hansıdır? - AÇIQLAMA

11:46

Köçəryan sülh layihəsini pozmaq üçün əlindən gələni edir - Çaxoyan

11:37

Prezident icra başçısını pensiya yaşına bir il qalmış işdən çıxartdı - Nə baş verir?

13:23

Ölkəyə 18 kiloqram qızıl gətirən nazirlik əməkdaşı həbs olundu

16:41

İran aksiyalarında öldürülən və saxlanılanların sayı yenilənib

16:32

Milli Qəhrəmanın büstünün açılışı oldu

16:24

Azərbaycan və Türkiyə enerji sistemi ilə birləşmək məqsədəuyğundur - Paşinyan

18:28

Həbsdə olan jurnalistə ağır itki üz verdi

15:44

DİM-dən yeni imtahan modeli ilə bağlı açıqlama

15:41

Yeddinci dan qara kəmər sahibi vəfat etdi

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO