Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat tədbiri baş tutub.
APA xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən
"SalamNews" informasiya agentliyi və
“İnteraz”da əməliyyat keçirilib.
Qeyd edək ki, informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.
Xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər –
A.T.Kərimov, E.A.Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H.Cabbarlı, F.S.Əbdülov və
A.Ə.Cümşüdov - şübhəli şəxs qismində tutulublar.
Becan.az