“Azərbaycan tək deyil!” -"Ermənistanın xəyal qurmağının mənası yoxdur!"
“Dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək kimi davam edəcək. Azərbaycan tək deyil. Möhtərəm Prezidentlərimizin yaratdıqları çərçivədə biz Azərbaycan Ordusunun modernləşdirilməsi, təlimi və təchizatı üzərində işləyirik”.
Bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində söyləyib.
Zəngəzur dəhlizinin, ondan keçəcək dəmir və avtomobil yollarının region üçün iqtisadi, sosial həyat və təhlükəsizlik baxımından çox əhəmiyyətli olduğunu vurğulayan nazir deyib: “Ermənistanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzatdıqları sülh əlini tutması vacibdir. Başqalarının təsirinə məruz qalaraq xəyal qurmağın mənası yoxdur. Gəlin faktlara baxaq. Uyğun şərtlərlə müqavilə bağlayaq, sülhü, sabitliyi təmin edək, rahat, dinc yaşayaq. Biz Ermənistandan bu fürsətdən istifadə etməsini istəyirik”.
Becan.az