“Jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilər”
Media resyestri kiminsə jurnalist olmasını təmin etmir.
“APA-Economics” xəbər verir ki, bunları Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib.
Onun sözlərinə görə, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər.
“Sadəcə, kimsə özünü media reyestrində qeydiyyatdan keçirmək istəyirsə, həmin jurnalistlər dövlətin verdiyi müəyyən imtiyazlardan istifadə edə bilirlər. Bir daha qeyd edirəm ki, media reyestrindən qeydiyyatdan keçmək məcburi xarakter daşımır, qətiyyən media reyestrində olmayan jurnalistin fəaliyyəti məhdudlaşmır”, – deyə, Əhməd İsmayılov vurğulayıb.
Becan.az