Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Fransanın satirik “Charlie Hebdo” jurnalının dağıdıcı zəlzələ ilə bağlı rişxəndli karikaturasına reaksiya verib.
“Report”un məlumatına görə, O, bu barədə tvitter səhifəsində paylaşım edib.
“Müasir barbarlar. Kin və nifrətinizdə boğulun!” - İ.Kalın yazıb.
Qeyd edək ki, jurnalın “Türkiyədə zəlzələ” karikaturası “Artıq tank göndərməyə ehtiyac yoxdur!” - ifadəsi ilə müşayiət olunub.