Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) humanitar yardım karvanı qardaş ölkəyə yola salınıb.
Bu barədə "Report"a DSX-dan məlumat verilib.
DSX-yə məxsus 2 TIR vasitəsilə zəlzələdən zərərçəkmişlər üçün yola salınan humanitar yardıma xüsusi hərbi qış çadırı, yarımyun ədyal, yataq kisəsi (qış şəraiti üçün), yarımyun corab, yarımyun əlcək, yarımyun köynək, qış termal alt paltarı, odun sobası (bütün ləvazimatları ilə), içməli “Sərhədçi” suyu (5 litrlik qablaşdırmalarda) daxildir.