Musiqi ilə şeirin vəhdəti bir ürəkdə

17:00 5.01.2023 5 723
Musiqi ilə şeirin vəhdəti bir ürəkdə

Kaman ustası Xəyyam Məmmədovun ədəbi yaradıcılığından bir neçə yarpaq...

Xəyyam Əhrar oğlu Məmmədov 1976-cı il, yanvarın 22-də Cəbrayıl rayonunda anadan olub. Orta təhsilini Cəbrayıl şəhər məktəbində alıb. 12 yaşından kamançanın sirlərini öyrənməyə başlayıb. Orta məktəbin 11-ci sinfində oxuya-oxuya Cəbrayıl musiqi məktəbində kamançadan tədris etməyə başlayıb. Cəbrayılın işğalından sonra Sumqayıt şəhərinə köçən X.Məmmədov, Sumqayıt Musiqi texnikumuna daxil olub. Gənc kamançaçı texnikumda oxumaqla, eyni vaxtda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına imtahan verərək, qəbul olunub. Ali təhsilini bitirdikdən sonra Azərbaycan Musiqi Konservatoriyasında kamança üzrə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda həm Konservatoriyada, həm də Azərbaycan Dövlət Akademik Flarmoniyasında çalışır.
Uşaq yaşlarından başlayaraq şeirlər yazmağa başlayan Xəyyam Məmmədov, hazırda “X.M.” imzası ilə yazdığı şeirlərlə çoxsaylı oxucu dairəsinin diqqətini cəlb etməkdədir. Əsasən sevgi şeirləri ilə oxucu rəğbəti qazanan şairin müxtəlif mövzularda şeirləri mövcuddur.


Mən elə bilirdim...

Mən elə bilirdim sənin gəlişın
Ömrümə çiçəkli yaz gətirəcək.
Həmişə qəm dolu gələn gecələr
Daha qəm kədəri az gətirəcək...

Mən elə bilirdim gəlişin ilə
Dönəcək, bəxtimin üzü güləcək.
Taleyə yazılan gözəl günlərim
Əgər yazılıbsa, sənlə gələcək...

Mən elə bilirdim sən gələn kimi
Bahar da gələcək güllə, çiçəklə...
Ətirinlə dolacaq dünyam büsbütün,
Qoşa döyünəcəm sevən ürəklə...

Sənin gəlişinlə dəyişər hər şey,
Bitər ayrilıqlar, kədərim, dərdim..
Səndemə yazıya pozu yox imiş,
Mən elə bilirdim... elə bilirdim...










...
Ayrılıb gedirsən sözü yox kimi,
Elə bil o adam heç sən deyildin.
O isti duyğular, o gözəl hisslər
Bu qədər tezliklə keçən deyildi...

Səninçün ötəri hiss imiş demə,
Çox'mu sınamısan könül qırmağı?
Özünə peşə'mi seçmisən gözəl,
Ürək dağlamağı, qəlb sındırmağı...

Əvəzsiz qalmır ki, dünyada heç nə,
Etdiyin qarşına çıxar, darıxma.
Haqqın tərəzisi şaşmaz bunu bil,
Yıxanı gec ya tez yıxar, darıxma...

Sən elə düşünmə asandır hər şey,
İşinə vurulan "pəl" də olacaq.
Özün düşəcəksən mənim günümə,
Yaxandan yapışan əl də olacaq...

Hər şeyin hesabı çəkilər əlbət,
Üzünə bağlanar bir gün qapılar.
Bəlkə öyrənərsən onda sevməyi,
Sənin də könlünü qıran tapılar...




















...
Əlimi uzatsam çatar bəlkə də,
Nə qədər yaxınsan, o qədər uzaq.
Bizim alnımıza yazan yazıbee,
Sevgidə əzilək, sınaq, uduzaq...

Əgər gətirmirsə bəxt, ha çabala,
Əlini tutduğun ipi qoparar.
Qismətim dediyin nəyin var isə
Ovcunun içindən alıb aparar...

İndi yaxındasan, beş addımımda,
Yenə görüsumüz aylara qalır.
Bilmirəm başımı ha yana qoyum,
"Ay toba" yuxum da avara qalır...

Tez-tez inciyirsən, tez-tez küsürsən,
Könlünü alıram min qılıq ilə.
Sözümdə saitlər incə deyilsə,
Cəzamı kəsirsən ayrılıq ilə...

Bir az gecikəntək anlayıram ki,
Sənin ürəyinə şübhələr dammış.
Başqa işim gücüm yoxdur dunyada,
Mən səni sevməyə doğulmuşammış...












…
Mən səndən gizlində heç nə etmədim,
Nəyim var qarşında yazılı durur.
Əməlim təyindir tamamlığıma,
Məzarım hardasa qazılı durur...

Sağımı soluma balans etmişəm,
Dörd səhv bir düzumü aparsa neynim.
Ölümün ucuzu tapılan olur,
Yaxamı hər harda taparsa, neynim...

Onsuz da nəfəsim borca yazılır
Canımı əmanət götürmüşəmsə...
Yəqin ki keçərsən diqqətsizliyi,
Hansısa günahı ötürmüşəmsə...

Uzundur imtahan, dözərəm, neynim,
Qısası yandırar əzizlərimi.
Kirli əməllərim gedər mənimlə,
Dünyada qoyuram təmizlərimi...

Səhvimlə düzümlə nəyəmsə, oyam,
Kiminsə cızdığı yolla getmədim.
Tanrım, sən bilirsən, vicdanımdasan,
Mən səndən gizlində heç nə etmədim...

X.M.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}