“Laçın-Xankəndi yolundakı vəziyyət də əlbəttə ki, müzakirə edildi. Mən, bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı blokadadan söhbət gedə bilməz”.
Bunu Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində deyib.
“Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin avtomobilləri keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır”, – deyə, Azərbaycan Prezidenti bildirib.
Becan.az