İlham Əliyevin qəti mövqeyi və Paşinyanın ucuz bəhanələri

10:54 20.02.2023 1 491
İlham Əliyevin qəti mövqeyi və Paşinyanın ucuz bəhanələri

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclas keçirildi. Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münhen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.

Yenixeber.org: Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın tələblərini açıq şəkildə dilə gətirdi, Azərbaycan tərəfindən yaradılmış yeni reallıqları növbəti dəfə bütün dünyaya çatdırdı. Azərbaycan tərəfi artıq Ermənistana sülh sazişi ilə bağlı təkliflərini təqdim edib və Ermənistan siyasi rəhbərliyi müxtəlif yollarla sülh sazişinin imzalanması ilə bağlı prosesi ləngitməyə çalışır.

Sülh müqaviləsində Qarabağ haqqında hansısa müddəanın olması qəbuledilməzdir

Sülh müqaviləsinin müddəaları ilə bağlı Azərbaycanın mövqeyi qətidir. Dağlıq Qarabağ problemi həll olunub. Azərbaycan hərbi-siyasi iradə nümayiş etdirərək BMT qətnamələrini öz hərbi gücü hesabına həll edib. Bu reallıq bütün dünya tərəfindən qəbul olunub və olunmalıdır.

Vardanyan Azərbaycan ərazisindən qovulmalıdır

Münhen Təhlükəsizlik Konfransı sülh üçün yaxşı platformadır, lakin sülhə doğru atılacaq addımlara kənar müdaxilələr prosesi ləngidir. Müxtəlif qüvvələrin prosesi birbaşa müdaxilə cəhdi, öz maraqlarından çıxış etməsi, "Vardaniyan" kimi layihələr, Paşinyanın qeyri-stabil mövqeyi indiyə qədər sülh müqaviləsinin imzalanmasını ləngidən əsas amillərdir. Azərbaycan hakimiyyəti dəfələrlə Qarabağda yaşayan erməni icması ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib, lakin Vardanyan onun timsalında digərləri ermənilərin yox, kənar qüvvələrin maraqlarına xidmət edir. Azərbaycan isə Ermənistandan fərqli olaraq daxili işlərinə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməyib və imkan verməyəcək.

Azərbaycan və Ermənistanın uzun sürən qarşılıqlı nifrət və düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir

Azərbaycan tərəfinin müharibədən dərhal sonra Ermənistana sülh sazişinin imzalanması ilə bağlı təkliflər göndərməsi də bunun əməli sübutudur. Lakin Ermənistanda revanşist fikirlər bu gün də qalmaqdadır və bir çox hallarda bu fikirlər Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilir və alovlandırılır. İsrarla erməni cəmiyyətinə Azərbaycana–fobiya, azərbaycanlılara qarşı düşmənçilik, qisas ideyaları aşılanır. Regionda sülhün formalaşması üçün isə bu yol verilməzdir.

İclas çərçivəsində isə Ermənistan baş naziri növbəti dəfə absurd bəhanələr səsləndirməyə çalışdı, gah Azərbaycanlıların dağıdılan abidələrinin Sover dövründə baş verdiyini bildirdi, gah da gündə 50-dən çox avtomobilin keçdiyi Laçın yolunun bağlandığını və ermənilərin guya blokada da qaldığını dilə gətirdi. Artıq bir növ dünya ictimaiyyəti də ermənilərin bu yalanlarına, özlərini yazıq göstərmə cəhdlərindən təngə gəlib. Geniş anlamda neytral mövqedə dayanan beynəlxalq birlik ermənilərin bu təxribatçı açıqlamalarının əsl mahiyyətini anlayır.

Ümumilikdə Münxen konfransı çərçivəsində baş tutan panel müzakirələri region üçün müsbət yöndə addım hesab etmək olar. Təbbi ki, sonrakı gedişat bu müzakirələrin nəticələrini daha aydın göstərəcək. Ermənistan Baş nazirinin dəfələrlə müsbət addımlarının əslində manipulasiya olduğunun və sonrakı mərhələdə tamam əks təşəbbüslər göstərdiyinin də şahidi olmuşuq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}