Fevralın 24-də Rusiya sülhməramlı kontingentinin (RSK) komandanlığının iştirakı ilə Azərbaycan və Dağlıq Qarabağ nümayəndələrinin görüşdüyü bildirilir. Xəbəri "Sputnik Armenia" Rusiya sülhməramlılarının komandanlığına istinadla yayıb.
"Görüşdə Dağlıq Qarabağdakı istehlakçıların eleltrik və qaz təchizatının bərpası haqqında razılaşma əldə olunub",- deyə, agentliyin məlumatında vurğulanır.
Amma RSK-nın informasiya bülletenində bu məlumat yoxdur.
Azərbaycan tərəfi də bu məlumatı şərh etmir.(Turan.az)