Belçika Rusiyanın 58 milyard avroluq aktivlərini dondurub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Belçika Maliyyə Nazirliyi bildirib.
Həmçinin Rusiya ilə bağlı 191 milyard avroluq əməliyyatlar bloklanıb.
Qeyd edək ki, fevralın 25-də Rusiyaya qarşı qəbul olunan sayca 10-cu sanksiyalar paketi Avropa banklarını bloklanmış Rusiya vəsaitlərinin məbləği barədə məlumat verməyə məcbur edir.