Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatları

20:24 28.02.2023 1 163
Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatları

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəyə rəsmi səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Becan.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov və nazir Sergey Lavrov arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regionda mövcud vəziyyət müzakirə olunub.

Azərbaycan və Rusiya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, tranzit, mədəni, humanitar, təhsil və s. sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda münasibətlərin inkişafında iki ölkə arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Post-münaqişə dövründə regionda mövcud vəziyyət, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində imzalanmış üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycanın göstərdiyi sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, iki dövlət arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanmasında Azərbaycanın davamlı olaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi, o cümlədən sülh gündəliyinə xələl gətirən təxribatları ilə üzləşdiyini bildirib.

Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarının pozulmasının daha bir nümunəsi olaraq yalnız humanitar məqsədlər üçün istifadəsinin nəzərdə tutulduğu Laçın yolundan sui-istifadə hallarının Azərbaycanın vətəndaş cəmiyyətinin haqlı etirazına səbəb olduğu bir daha diqqətə çatdırılıb. Ermənistan tərəfinin davamlı təxribatlarına baxmayaraq Azərbaycanın sözügedən etiraz aksiyasının neqativ humanitar nəticələrinin olmaması, o cümlədən sülh gündəliyinin irəli aparılması üçün əlindən gələni əsirgəməyəcəyi bildirilib.

Nazir Sergey Lavrov, bu ilki rəsmi səfərinin ötən ilin 22 fevral tarixində imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında əlamətdar rolu olan Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının birinci ildönümünə təsadüf etdiyini xatırlayıb. Bu xüsusda, iki ölkə arasında müxtəlif sahələrdə mövcud münasibətlərin inkişafında mövcud müqavilə-hüquq bazasının əhəmiyyəti qeyd olunub. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat və liderlər arasında əldə edilmiş razılıqlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}