Ukraynanın, Rusiyanın paytaxtı Moskva da daxil olmaqla, müxtəlif bölgələrə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyi bildirilir.
Bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada Ukraynanın gecə saatlarında PUA-lardan istifadə edərək, Krasnodar bölgəsi və Adıgey Respublikasındakı mülki infrastruktura hücum etməyə cəhd etdiyi vurğulanır.
Hücumun Rusiya Silahlı Qüvvələrinin elektron döyüş bölmələri tərəfindən yatırıldığı qeyd edilir.
Becan.az