Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu cari mövsümün sonunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə yollarını ayıracaq.
"24sata.hr" saytına istinadla verilən xəbərə görə, Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçunu komandasında görmək istəmir.
70 yaşlı mütəxəssis yayda hücum xəttini gücləndirə biləcək oyunçular alınmaq niyyətindədir.
Qeyd edək ki, Mahir Emreli bu mövsümün ikinci yarısını icarə əsasında Türkiyə "Konyaspor"unda keçirəcək. Superliqa təmsilçisi yayda forvardı birdəfəlik transfer etmək hüququna da malikdir.
Becan.az