Tofiq Kazımovun 100 illiyi ilə bağlı - SƏRƏNCAM

20:53 3.03.2023 828
Tofiq Kazımovun 100 illiyi ilə bağlı - SƏRƏNCAM

Prezident İlham Əliyev Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"2023-cü ildə Azərbaycanın görkəmli teatr rejissoru, dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 ili tamam olur.

Orijinal yaradıcılıq dəst-xəttinə malik fitri istedadlı rejissor kimi Tofiq Kazımov Azərbaycan teatrının repertuarını yüksək bədii-estetik meyarlı səhnə əsərləri ilə daha da zənginləşdirmişdir. Sənətkar özünün teatr məktəbini qurmağa müvəffəq olmuş və həmin məktəb ölkə teatrını irəli apararaq, ona yeni nailiyyətlər qazandırmışdır.

Tofiq Kazımov milli və dünya dramaturji irsinin diqqətəlayiq nümunələrinə müasirlik kontekstində verdiyi mükəmməl quruluşlarla mədəniyyət salnaməmizə parlaq səhifələr yazmışdır. Onun hazırladığı və ictimai-mənəvi proseslərin axarında zamanın ritmini və insanların təfəkkür tərzini dolğun təcəssüm etdirən novator tamaşalar ideya-bədii bütövlüyü ilə seçilərək, teatr ictimaiyyəti tərəfindən həmişə böyük maraqla qarşılanmış, respublikanın mədəni həyatında hadisəyə çevrilmişdir. Sənət xəzinəmizin qızıl fondunda layiqli yer tutan bu səhnə əsərləri bir çox məşhur aktyorların formalaşmasında əhəmiyyətli rol oynamışdır".


Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO