Türkiyənin müxalif koalisiyası olan “Millət İttifaqı” (“Altılı masa”) mayın 14-də keçiriləcək prezident seçkilərində vahid namizədinin adını açıqlayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin “Səadət Partiya”sının sədri Temel Karamollaoğlu bildirib.
O, seçkilərdə “Millət İttifaqı”nın vahid namizədinin CHP lideri Kamal Kılıçdaroğlunun olacağını qeyd edib.