“Sənətimi gənclərə öyrətmək istəyirəm, Ceki gedər, başqaları gələr”

18:19 7.03.2023 1 255
Dərdindən qadınlar ölən Ceki Çan, 41 il arvadını gizlətməyi bacarıb...
“Sənətimi gənclərə öyrətmək istəyirəm, Ceki gedər, başqaları gələr”

Bu gün sizə elə bir aktyor haqqında məlumatlar verəcəyik ki, onu mütləq tanıyırsınız və böyük ehtimalla sevirsiniz. Onun titullarını saymaqla bitməz. Aktyor, kaskadyor, kinorejissor, prodüser, bəstəkar, mahnı ifaçısı (1980-ci ildən bu yana onlarla disk buraxdırıb), döyüş ustası, UNİSEF-in xoş məramlı səfiri, Britaniya İmperiyası Ordeninin kavaleri, Çinin ən qədim kinostudiyalarından birinin baş rejissoru, öz şəxsi kinostudiyasının təsisçisi və rəhbəri, 100 dən artıq filmin baş rol oyunçusu, “Oskar” mükafatçısı, Ginnes rekordçusu...


Saydıqca nəfəs tükənir deyilmi? Söhbət məşhur aktyor Çeki Çandan gedir. Becan.az bu sevilən aktyor haqqında maraqlı faktları təqdim edir.

O, 1954-cü il aprel ayının 7-də Honkonqda doğulub. Hazırda ABŞ və Honkonq vətəndaşlığı daşıyır. Çində onu Sin Lun adı ilə tanıyırlar.

Dünyanın ən sevilən və populyar aktyorlarından biridir. Çin mədəniyyətini Amerikada tanıdan və sevdirən, öz köklərinə bağlı insandır Ceki Çan. O, 2 dəfə Ginnesin “Rekordlar kitabı”na düşüb. Birinci də çəkdiyi “Tanrının zirehi” filmində titrlərdə adı ən çox gedən adam kimi. Bu filmin çəkilişi zamanı, o, düz 15 adamın işini görüb. İkinci dəfə filmlərdə ən çox tryuklar edən aktyor kimi rekordçu olub. O, Hollivudda şöhrət tapmış, özünə yer eləmiş azsaylı əcnəbi aktyorlardandır.

Dediyinə görə, şən döyüşçü obrazını Bryus Linin dəli və çılğın döyüşçü obrazına zidd olsun deyə yaradıb. Şən, tənbəl, amma ailəcanlı, sadə, sona qədər mübarizə aparıb, qələbə çalan Ceki obrazları tezliklə Bryus Linin qəhrəmanlarını kölgədə qoydu, Lidən sonra film dünyasına daha bir “Əjdəha” gəldi. Asiyada onların ikisini də “Əjdəha” adlandırırlar.


2000-ci ildən bu yana Ceki Çan qəhrəmanları filmlərinin süjet xətləri ilə eksperimentlər edir, yeniliklərə can atır. O, bütün tryuklarını tək başına edir, kaskadyorların xidmətinə üz tutmur, çox zaman başqa aktyorların dublyoru kimi çıxış edir. Film çəkilişlərində o qədər ağır yaralar alıb, ölümdən dönüb ki, daha sığorta şirkətləri onunla işləmək istəmirlər.

Ceki Çan sürət həvəskarıdır. Tez-tez avtomobil yarışlarına qatılır və hətta qalib olur. Bundan əlavə, antikvar avtomobillərdən ibarət kolleksiyası da var.

Müsahibələrində bildirib ki, o, yaxşı döyüşməyi bacaran aktyordur, aktyorluq etməyi bacaran döyüşçü deyil.

Çəkilişlərdən biri zamanı ölümcül kəllə-beyin travması alıb. Kəllə sümükləri sınıb, beyni xəsarət qazanıb. Onun yaşayacağına kimsə ümid etmirdi. O isə əksinə, həm yaşadı, həm də yenidən təhlükəli tryuklar qurur. Dəfələrlə çanaq sümüyü, burun, əl, qol, ayaq sümüklərini, qabırğalarını qırıb, amma yenə dinclik tapmır. Ondan soruşanda, “Qocalıb, tryurkları edə bilməyəndə, nə edəcəksən?" Cavab verir ki, “Sənətimi gənclərə öyrətmək istəyirəm, Ceki gedər, başqaları gələr”... Amma çətin ki, bu şən, sevimli insanın yerini kimsə tutar.


Şəxsi həyatı da çox maraqlı olub. Çeki Çan evli olduğunu düz 40 il gizlətməyi bacarıb. Hamı onu subay bilirdi, hətta oğlunun varlığından belə kimsənin xəbəri yox idi. Daima göz önündə olan ulduz aktyor bunu bir cəsus dəqiqliyi ilə bacarıb. Sonralar evli olduğunu açıqlayanda, bunu həm fanatı olan qadınları incitməmək, həm də ailəsinin qulaq dincliyi üçün etdiyini deyib. Bu arada qeyd etmək yerinə düşər ki, Ceki Çana görə dəfələrlə intihar edən qadınlar, xüsusən Çində və Yaponiyada onun, sözün həqiqi mənasında, dərdindən ölənlər olub.

O, 41 il tayvanlı aktrisa Lin Funqyu ilə evlidir. Bu evlilikdən bir oğulları var. 1984-cü il təvəllüdlü oğlu Çan Zumin Qərb tərbiyəsi ilə böyüyüb və bu, milli dəyərlərə önəm verən Çekinin heç xoşuna gəlmir. Oğlu narkotikdən istifadəyə görə həbsdə də olub.


Onun nikahdankənar bir qızı da var. Etta Çjolin 1999 doğumludur, anası aktrisa Eleyn U Çilidit. Çan qızını qəbul etsə də, tərbiyəsində iştirak etməyib, qızı ondan kənarda böyüyüb. Ceki mənəvi dəyərlərə üstünlük vermədiyinə görə, qızı ilə də yola gedə bilmir.

Bildirək ki, Ceki Çan mirasının yarısını xeyriyyə işlərinə vəsiyyət edib.

Qeyd edək ki, hazırda 68 yaşı olan və bir neçə dəfə ölüm xəbəri ilə dünyanı şoka salan Ceki, bu gün də dünyanın ən uğurlu, ən çox qazanc əldə edən, ən çox xeyriyyə işləri görən aktyorlarından biridir. Yenə yaradır, yenə sevilir, yenə həmişə kiimi şən və çevikdir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}