İsrail və Fələstin rəsmiləri Ramazan bayramına yaxın iki ölkə arasında gərginliyi azaltmaq və zorakılığın artmasının qarşısını almaq üçün Misirdə bir araya gəlib.
Rəsmilər Misirin Şarm Əl-Şeyx şəhərində görüşüblər.
Misir Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, dünən baş tutmuş görüş iki ölkə arasında gərginliyi azaltmaq, şiddətin artmasının qarşısını almaq, mövcud zorakılıq dövriyyəsini qırmaq və iki ölkə arasında sülhə nail olmaq üçün dialoqu dəstəkləmək məqsədi daşıyır.
Şiddət hallarının azaldılmasının sülh prosesinin bərpası üçün uyğun mühit yaradacağı qeyd edilən bəyanatda ABŞ və İordaniyanın görüşü dəstəklədiyi bildirilib.
Qeyd edək ki, İsrail və Fələstin rəsmiləri sonuncu dəfə fevralın 26-da İordaniyanın Aqaba şəhərində görüşüblər.
Becan.az