İranın dəstəklədiyi qruplar ABŞ-ı Suriya və İraqdan çıxarmağı qarşısına məqsəd qoyub.
Bakupost.az xarici KİV-ə iastinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
“İranın dəstəklədiyi qruplar ABŞ-ın İraq və Suriyada mövcud olmasını istəmir. Bizi bu ölkələrdən qovmağa çalışırlar. Dünən bizdən eşitdiyiniz və sabah da eşidəcəyiniz kimi, İŞİD-ə qarşı missiyamız qalır və biz bunu davam etdirəcəyik”, - deyə, Con Kirbi vurğulayıb.