Ukraynadakı Rusiya qoşunlarının “Şərq” qrupunun komandanı general-polkovnik Rüstəm Muradovun vəzifəsindən azad edildiyi bildirilir.Yenixeber.org: Bu barədə rusiyalı teleaparıcı və jurnalist Ruslan Ostaşko anonim mənbələrinə istinadən özünün "Telegram" kanalında məlumat yayıb.
Məlumat hələlik rəsmi təsdiqini tapmayıb.
Muradovun rəhbərlik etdiyi qüvvələrin Vuqledar istiqamətində ciddi itkilər verdiyi deyilir. Onun bu səbəbdən vəzifədən azad edildiyi ehtimal olunur.
Məlumat üçün bildirək ki, Rüstəm Muradov 21 mart 1973-cü ildə Dağıstan Muxtar Respublikasının Dərbənd rayonunun Çinar kəndində anadan olub. Milliyyətcə tabasarandır. 11 noyabr 2020-ci ildən 2021-ci il sentyabrın 9-dək Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin komandiri olub.