Cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edərək "Azərbaycanın Laçın dəhlizini blokadaya alması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrandan" şikayət edib.Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.
Paşinyan
"Dağlıq Qarabağda böhranın aradan qaldırılması üçün Rusiya sülhməramlılarının ardıcıl addım atmasının vacibliyini" qeyd edib.
Tərəflər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının reallaşmasını, o cümlədən, regionda nəqliyyat infrastrukturunun açılması məsələlərini müzakirə ediblər.
Paşinyan və Putin Ermənistan-Rusiya münasibətlərinə dair fikir mübadiləsi də aparıblar, - məlumatda deyilir.
Qeyd edək ki, sonuncu dəfə, martın 13-də Paşinyan Putindən Azərbaycanı Laçın yolunu açmağa məcbur etməsini xahiş etmişdi.
Becan.az