Türkiyənin ilk müşahidə peyki “İMECE” aprelin 11-də kosmosda orbitə buraxılacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə məlumat yayıb.
“Yerli və milli vasitələrlə istehsal edilən ilk yüksək ayırdetmə qabiliyyətinə malik müşahidə peykimiz olan “İMECE” aprelin 11-də orbitə buraxılacaq.
Təlim keçmiş insan resurslarımız, təqdim etdiyimiz imkanlar və inkişaf etdirdiyimiz texnologiyalar sayəsində, biz, qlobal kosmik yarışda mövcud olmağa davam edəcəyik”, – deyə, Türkiyə dövlət başçısı yazıb.
Becan.az