SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Bu barədə
“Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilir ki, SOCAR “Azəriqaz” İB-nin
“Açıq mikrofon” aksiyası çərçivəsində
KOBİA(Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) nümayəndəsinin iştirakı ilə sahibkarlarla Ağsu rayonunda görüşü təşkil olunacaq. Aksiya Ağsu şəhəri, Bayraq Meydanında baş tutacaq.
“Səyyar qəbul otağı” aprel ayının 12-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Becan.az